Alternative content

13:10 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 355 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 355 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
08:23 25.02.2020


Qərar № 32/395


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 13 saylı Xəzər - Pirallahı seçki dairəsi üzrə qeydə alınmış namizəd Cavadov Gülmirzə Fəxrəddin oğlu 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciəti ilə həmin seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 10/24 saylı qərarını mübahisələndirərək seçki dairəsinin əhatə etdiyi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər müraciətində səsvermə günü 13 saylı Xəzər - Pirallahı seçki dairəsinin bütün seçki məntəqələrində seçici fəallığının aşağı olmasını, seçici fəallığının süni şəkildə artırılmasını, müşahidəçilərə maneələrin yaradılmasını, səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verilməsini bildirmiş, bəzi seçki məntəqələrində bülletenlərin topa halında qutuya salındığını, adı seçici siyahısında olmayan şəxslərin səs verməsini, eyni şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılması, səsvermənin nəticələri haqqında protokolların verilməməsi, bir şəxsin bir neçə seçki məntəqəsində səs verdiyini iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etmişdir. Ərizəçi tərəfindən müraciətə aktlar, foto və video görüntülər əlavə olunmuşdur.

Namizədin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Araşdırma nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkarlanmamışdır.

Dairə seçki komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyalarının üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsdiq edilmiş, müraciətdə göstərilən pozuntular öz təsdiqini tapmadığından, əsassız olması müəyyənləşdirildiyindən müraciətin təmin edilməməsi barədə qərar çıxarılmışdır.

Ərizəçinin 13 saylı Xəzər - Pirallahı seçki dairəsinin seçki məntəqələrində səsvermə günü müşahidə üçün şərait yaradılmaması, normal müşahidənin aparılmasının qeyri-mümkün olması, seçki məntəqəsinin ərazisində qeydiyyatda olmayan seçicilərin səs verməsi, eyni şəxslərin bir neçə dəfə səs verməsi, iki şəxsin bir kabinəyə daxil olması, bəzi seçki məntəqələrində seçki bülletenlərinin topa halında qutuya salınması, seçki məntəqələri üzrə seçici fəallığının süni şəkildə artırılması ilə bağlı iddiaları araşdırılarkən həmin halların heç bir əsasının olmadığı və təsdiqini tapmadığı müəyyən edildi. Belə ki, mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış digər müşahidəçilərin, məntəqə seçki komissiyası üzvlərinin izahatlarından, seçici siyahılarında edilmiş müvafiq qeydlərdən, digər zəruri materiallardan, eləcə də veb-kameraların quraşdırıldığı məntəqələrdə seçmə üsulu ilə görüntülərin izlənilməsinin nəticələrindən görünür ki, seçki günü seçki məntəqələrində girişdə tətbiq olunan prosedurlardan başlayaraq bülletenin qutuya salınmasınadək bütün səsvermə prosesinin izlənilməsi ilə bağlı hər hansı bir maneə və ya problem olmamış, müşahidə sərbəst və açıq şəkildə həyata keçirilmiş, müşahidəçilərə real müşahidə üçün zəruri şərait yaradılmış, həmçinin seçicilərin fəal iştirakı, səs verərək öz iradələrini azad şəkildə ifadə etmələri, səsvermə başa çatdıqdan sonra seçki qanunvericiliyinin tələblərinə uyğun surətdə bülletenlərin sayılması, səslərin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib olunaraq təsdiq olunmuş surətinin maraqlı şəxslərə verilməsi müşahidə olunmuşdur.

Beləliklə qeydə alınmış namizəd G.F.Cavadovun 21 fevral 2020-ci il tarixli 355 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 10/24 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 13 saylı Xəzər - Pirallahı seçki dairəsi üzrə qeydə alınmış namizəd Cavadov Gülmirzə Fəxrəddin oğlunun 21 fevral 2020-ci il tarixli 355 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 10/24 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.02.2020



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM