Alternative content

01:47 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 357 saylı, 22 fevral 2020-ci il tarixli 386 və 391 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 357 saylı, 22 fevral 2020-ci il tarixli 386 və 391 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
08:17 25.02.2020


Qərar № 32/412


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 46 saylı Şirvan seçki dairəsi üzrə qeydə alınmış namizədlər Gülüş Zabit Əlizamin oğlu 2020-ci il fevralın 21-də, Xurşudov Əlikram İdris oğlu və Əliyev Ziya Fəxrəddin oğlu isə 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək seçki günü adıçəkilən seçki dairəsinin əksər seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia edərək dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 25/17 saylı, 18 fevral 2020-ci il tarixli 27/80 saylı, habelə 18 fevral 2020-ci il tarixli 27/81 saylı qərarlarını mübahisələndirmiş və onların ləğv olunmasını, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizədlər Z.Ə.Gülüş, Ə.İ.Xurşudov və Z.F.Əliyev müraciətlərində iddia edirlər ki, seçki dairəsi üzrə səsvermə günü seçici aktivliyi aşağı olsa da, seçki qutularına əlavə bülletenlərin atılması və qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində səs verməsinə nail olunması hesabına seçici aktivliyi süni şəkildə artırılmış, 32 saylı seçki məntəqəsində bülletenlərin sayılması başa çatmadan içəriyə seçicilər buraxılmış, bəzi seçki məntəqələrində seçici fəallığı ilə bağlı müşahidəçilərə məlumat verilməmiş, seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamış, 6 və 26 saylı seçki məntəqələrində bülletenlərin sol küncü öncədən kəsilmiş, bəzi məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etməmiş, 7 və 32 saylı seçki məntəqələrində istifadə olunmamış bülletenlər ləğv edilmədən səslər hesablanmağa başlanmış və sonda işıqlar söndürülmüş, müşahidəçilərin çıxarılması üçün seçki məntəqəsinə polis çağrılmış, onlara həmin yekun protokolunun surəti verilməmiş, protokollar seçki məntəqələrində yazılmamış, həmçinin yekun protokolunun 3-cü nüsxəsi seçki məntəqələrinin məlumat lövhələrində asılmamışdır.

Ərizəçilər müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 3 ədəd elektron məlumat daşıyıcısı və 35 akt əlavə etmişlər.

Namizəd Z.Ə.Gülüş və digərləri müraciətlərini onunla əsaslandırır ki, yuxarıda qeyd olunanlarla əlaqədar 46 saylı Şirvan seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarları ilə onların müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Həmçinin, dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

46 saylı Şirvan seçki dairəsinin dairə seçki komissiyası qərarlarını onunla əsaslandırmışdır ki, müraciətdə adları qeyd olunan seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd Z.Ə.Gülüş və digərlərinin müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Şikayətin araşdırılması ilə əlaqədar təqdim edilən elektron daşıyıcılarda olan görüntülərə baxış keçirilmiş, müraciətdə və təqdim olunmuş aktlarda iddia olunan pozuntular öz təsdiqini tapmamışdır.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkarlanmamışdır.

Dairə seçki komissiyasına ünvanlanan müraciətlərdə iddia edilən pozuntular seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyaları üzvlərindən və seçilməmiş namizədlərdən və digər seçki subyektlərindən alınmış ümumilikdə 200-dən çox izahatlarla öz təsdiqini tapmamışdır.

Z.Ə.Gülüş və digərlərinin müraciətinin təmin edilməməsinə dair 46 saylı Şirvan seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarları qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, düzgün hüquqi nəticəyə gəlinmiş və müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur.

Beləliklə, 46 saylı Şirvan seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları olmadığından qeydə alınmış namizəd Z.Ə.Gülüş və digərlərinin müraciətləri əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 25/17 saylı, 18 fevral 2020-ci il tarixli 27/80 saylı, habelə 18 fevral 2020-ci il tarixli 27/81 saylı qərarları dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 46 saylı seçki dairəsi üzrə qeydə alınmış namizədlər Gülüş Zabit Əlizamin oğlu, Xurşudov Əlikram İdris oğlu və Əliyev Ziya Fəxrəddin oğlunun 21 və 22 fevral 2020-ci il tarixli 357, 386 və 391 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 25/17 saylı, 18 fevral 2020-ci il tarixli 27/80 saylı və 18 fevral 2020-ci il tarixli 27/81 saylı qərarları dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.02.2020



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM