Alternative content

00:43 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Xocalı harayı” Avropaya səs saldı
“Xocalı harayı” Avropaya səs saldı
ANA SƏHİFƏ / SİYASƏT
01:54 25.02.2020


28 illik nisgil...

Qəlblərdə yaşayan ağrı-acı, qaysaqlamayan yara...

İnsanlığa qarşı amansız soyqırımı və bir gecədə məhv edilən şəhər - XOCALI.

Dünya tarixinin ən dəhşətli qətliamlarından biri hesab olunan bu faciənin yükünü illərdir sinəmizdə daşıyırıq. Fevralın 28-də hamılıqla birləşib günahsız körpələrin haqq səsini, ruhların harayını yayırıq dünyaya. İstədiyimiz tək ədalətdir, Xocalıya ədalət!

Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu qanlı qırğının törədildiyi vaxtdan 28 il keçsə də, faciənin dəhşətləri hələ də unudulmayıb, unudulmayacaq da.

Nə qədər ki, dünya XX əsrin dəhşətli faciəsi sayılan bu soyqırımına layiqli qiymət verməyib, günahkarlar cəzalandırılmayıb, dünya azərbaycanlıları susmayacaq, illər keçdikcə daha möhkəm hayqıracaq, səs salacaq bəşəriyyətə.

Fevralın 22-də Avropanın mərkəzi sayılan Almaniyada baş tutan Ümumavropa Qarabağ mitinqində olduğu kimi...

Bu möhtəşəm aksiya həqiqətən Avropaya səs saldı. Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan aksiya Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında keçirildi. Aksiyada Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çexiya, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri iştirak etdilər. Bir sözlə, siyasi tərəfindən asılı olmayaraq Avropa ölkələrində yaşayan əksər azərbaycanlılar bu mitinqə qatıldılar.

Mitinq iştirakçıları "Qarabağ Azərbaycandır!”, "Biz terrora yox deyirik!”, "Azərbaycan ədalət tələb edir!”, "Xocalıya biganə qalma!”, "Dinc və günahsızların qatillərinə ar olsun!”, "Erməni yalanlarına dur de!”, "İşğalı dayandırın!”, "Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış etdilər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti sayəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıldı.

Min nəfərdən çox soydaşımızın iştirak etdiyi Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənəd qəbul edildi və bir sıra beynəlxalq təşkilatlara ünvanlandı.

Bu haray 2008-ci ildə, 12 il öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının davamıdır.

Bu dəfə minlərlə soydaşımız Avropada yumruq kimi birləşdi. Eynən Xocalı soyqırımının 20-ci, 25-ci və 27-ci ildönümlərində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından "Xocalı soyqırımı” abidəsinə edilən ümumxalq yürüşlərindəki kimi...

Bu möhtəşəm yürüşlərdə öndə gedən liderin arxasınca yürüyən 50-70 min insan "Xocalıya ədalət” hayqırırdı. Ali Baş Komandanın iştirakı ilə paytaxtda 3 dəfə keçirilən ümumxalq yürüşü Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsi idi. Bu yürüş işğalçı Ermənistana və onun havadarlarına növbəti mesaj idi - xalq işğalla barışmır, barışmayacaq da...

Bir daha dünyaya bəlli oldu ki, ümumxalq yürüşü Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqlarının azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini bir daha nümayiş etdirdi.

Bu mitinqdən bir neçə gün öncə Prezident İlham Əliyev Almaniyada Münxen Təhlükəsizlik Konfrasında işğalçı Ermənistanın dövlət siyasəti və Xocalı soyqırımı haqqında əsl həqiqətləri dünyaya bəyan etmişdi. Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri N.Paşinyan arasında debat təşkil olunmuşdu və dünya ictimaiyyəti canlı yayımlanan bu debat çərçivəsində Ermənistanın ifşası, xüsusən də Paşinyanın özünü utanc vəziyyətə salmasının bir daha şahidi olmuşdu.

Cənab İlham Əliyev belə mötəbər və vacib tədbirin tribunasından istifadə edərək diqqətə çatdırmışdı ki, dünya birliyi artıq Azərbaycan həqiqətlərini qəbul edir. Prezident 28 il öncə baş verən Xocalı soyqırımı barədə əsl həqiqətləri açıqlamış və bildirmişdi ki, bu məsələdə Azərbaycanı dəstəkləyənlərin sayı get-gedə artmaqdadır. Bu günə qədər 10-dan çox dövlət və ABŞ-ın 22 ştatı Xocalıda törədilmiş faciəni millətlərarası nifrət zəminində baş vermiş qırğın kimi tanıyıb, Avropa İnsan Haqları Məhkəməsi isə Xocalıda mülki əhalinin kütləvi şəkildə məhv edilməsini 2010-cu ildə "hərbi cinayətlərə və ya bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan xüsusilə ağır əməl” kimi tövsif edib. Lakin bu istiqamətdə hələ görüləsi işlər çoxdur.

Prezident İlham Əliyevin bu tövsiyəsindən sonra Brandenburq qapıları yaxınlığındakı Paris meydanına toplaşan soydaşlarımız Avropaya növbəti dəfə səs saldılar.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM