Alternative content

04:56 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
23:29 24.02.2020

Məzahir Pənahovun sədrliyi ilə fevralın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb. Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Komissiya müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında Milli Məclisə seçkilər keçirilən 20 seçki məntəqəsində - 15 saylı Yasamal birinci seçki dairəsinin 10, 19, 28 və 29, 29 saylı Səbail seçki dairəsinin 23, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 7 və 32, 63 saylı Sabirabad birinci seçki dairəsinin 28, 64 saylı Sabirabad ikinci seçki dairəsinin 1, 71 saylı Masallı kənd seçki dairəsinin 33, 91 saylı Ucar seçki dairəsinin 1, 94 saylı Bərdə kənd seçki dairəsinin 1, 106 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsinin 21, 108 saylı Ağstafa seçki dairəsinin 26, 117 saylı Oğuz – Qəbələ seçki dairəsinin 29, 30 və 43, 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsinin 36 və 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin 48 və 50 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan halları nəzərə alaraq, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM