24 Fevral 2020 21:58
602
CƏMİYYƏT
A- A+

Koronavirus təhlükəsi ilə əlaqədar aidiyyəti qurumların rəhbərşəxsləri “Astara” və “Biləsuvar” buraxılış məntəqələrində olublar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədindəki "Astara” və "Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində son vaxtlar İran İslam Respublikasında müşahidə olunan koronavirus epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən buraxılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarətinin xüsusi avadanlıq vasitəsilə yoxlanılması, əlavə tibbi heyətin və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasiləsiz fəaliyyət göstərmələri ilə bağlı monitorinq keçirilib.

Müzakirələr zamanı bu günədək xəstəliyə yoluxma ilə bağlı şübhələrin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal edilən riskli hallarda birgə fəaliyyətin əlaqələndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video