24 Fevral 2020 17:09
567
DÜNYA
A- A+

Amerikalıların əksəriyyəti gələcək seçkilərdə Trampı qalib görür

Amerikalı seçicilərin 65 faizi hesab edir ki, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcək. Lakin onların heç də hamısı Trampa səs vermək niyyətində deyil. Buna YouGov təşkilatının CBS News telekanalının sifarişi ilə keçirdiyi rəy sorğusunun nəticələri dəlalət edir.

Tədqiqatın nəticələri göstərir ki, Trampın yenidən seçilməsinə demokratların tərəfdarlarının üçdə biri inanır. Respublikaçılar arasında isə hər 10 respondentin 9-u hazırkı Prezidentin seçkilərdə qalib gələcəyini bildirmişdir.

Amerikalı seçicilərin fikrincə, Demokratlar Partiyasından namizədlər arasında prezident seçilməyə ən böyük şanslı şəxs senator Berni Sandersdir. Amma onun da qələbəsinə sorğuda iştirak edənlərin cəmi 27 faizi inanır. Digər namizədlərin şansları isə belə dəyərləndirilir: sabiq vitse-prezident Con Bayden – 26 faiz, Nyu Yorkun keçmiş meri Maykl Blumberq – 20 faiz, senator Elizabet Uorren – 19 faiz.

Sorğuda 10 min respondent iştirak etmişdir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video