24 Fevral 2020 17:08
604
DÜNYA
A- A+

Venesuela sakinlərinin üçdə biri aclıqdan əziyyət çəkir

Venesuela sakinlərinin üçdə biri qida çatışmazlığı ilə üzləşir. Bu barədə BMT-nin Dünya Ərzaq Proqramının tədqiqatına istinadən "Assoşieyted Press” agentliyi xəbər verir.

Məlumata görə, ölkədə yaşayan 31,98 milyon nəfərin təxminən 9,3 milyonu qismən, yaxud ciddi ərzaq çatışmazlığından əziyyət çəkir. Əhalinin 74 faizi istifadə olunan qidanın müxtəlifliyinin və keyfiyyətinin azaldılması kimi adaptasiya strategiyaları hazırlamışdır. Sorğuda iştirak edənlərin 60 faizi porsiyaları ixtisar etmiş, 33 faizi qidanı əməkhaqqı kimi aldığını bildirmiş, 20 faizi əsas tələbatlarının təmin olunması üçün ailə əmlakını satdığını qeyd etmişdir.

Venesuelada hiperinflyasiya ilə müşahidə olunan humanitar böhran davam edir. Bu isə öz növbəsində siyasi böhrana səbəb olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video