24 Fevral 2020 16:13
519
SİYASƏT
A- A+

Dünyaya çağırış: Soyqırımlarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir


75 il əvvəl birgə səylərlə faşizm üzərində Qələbə bizə ümid verdi ki, bu fəlakət tarixin girdabında qalacaq. Əfsuslar olsun ki, etnik, dini və siyasi münaqişələrlə yadda qalan sonrakı illər bu ümidlərin puça çıxdığını göstərdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Budapeştdə keçirilən "İnsani faciələrin izləri: vətəndaş fəallığının gələcəyi” adlı beynəlxalq konfransın açılışında çıxış edərkən deyib.

Dünyanın "qırmızı xətt”ə yaxınlaşdığı barədə xəbərdarlıq edən natiq vurğulayıb ki, bu səbəbdən zəruri tədbirlər təkcə dövlət və siyasi təşkilatlar səviyyəsində deyil, həm də qeyri-hökumət təşkilatları və ayrı-ayrı şəxslər səviyyəsində görülməlidir. "Ehtimal edilən və baş vermiş soyqırımlarının və kütləvi qətllərin gələcəkdə qarşısının alınması üçün onların səbəbi fəal şəkildə müzakirə edilməlidir”, - deyə Azərbaycan diplomatı bildirib.
Xatırladaq ki, bugünkü konfrans Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilib. İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Sosial Birlik uğrunda Avropa Müsəlman Təşəbbüsü və Soyqırımı və Kütləvi Qırğınlara qarşı Budapeşt Mərkəzi konfransın təşkilatçıları qismində çıxış edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video