Alternative content

12:37 11 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
01:45 11.07.2020 Qlobal liderlik missiyası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocalı hayqırtısı
Xocalı hayqırtısı
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:47 24.02.2020

Bütün türk dünyası "Xocalıya ədalətistəyir

Ən ağrılı-acılısı faciələrimizdən biri də Xocalı soyqırımıdır. 28 il öncə qonşu torpaqlarına göz dikmiş qəddar,vəhşi daşnakların törətdiyi vandalizm siyasətinin bənzəri olmayan nəticəsi idi ki, Xocalı adlı qədim ulu insan məskəninin sakinləri yerlə yeksan edildi. Bir gecənin qurbanlarına çevrilmiş xocalılıların diri-diri tonqallara atılması, sinələrinə dağ basılması, nəinki əsir və girov aparılanların,hətta qəddarcasına qətlə yetirilənlərin meyitlərinin təhqir edilməsi barədə fəryad qoparılsa da, dünyanı, əslində isə bəşəriyyəti məhv və ya xilas etməyə gücü yetərli olanların bu haqsızlığa göz yumması və cinayətin səbəbkarlarının cəzasız qalması ən azı bağışlanılmazdır.

26 fevral 1992-ci il – 26 fevral 2020-ci il!

28 il əvvəl qanla yazılan tarixi! Xocalı soyqırımından ötən 28 il! Xocalıda dünyaya gələ bilməyən, doğulmayan, anasının bətnindəcə qətlə yetirilənlərin 28 yaşı!

Xocalı qətliamı erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliyidir. Bu qanlı əməllərin qabaqcadan düşünülmüş qaydada,milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir. Dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Erməni şovinistlərinin faciəni törətməkdə məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Təsadüfi deyil ki, törətdiyi bəşəri cinayətə görə cəzasız qalan Ermənistanın keçmiş prezidenti, həmin vaxt qondarma DQR-in müdafiə naziri olmuş Serj Sarkisyan Xocalı hadisələri barədə danışarkən orada törədilmiş vəhşiliyə sanki haqq qazandırırmış kimi həyasızcasına demişdir: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağı bacarmazlar. Biz bu stereotipləri sındırmağı bacardıq”. Sivil dünyada dövlət rəhbəri adını daşıyan şəxsin bu cür sərsəm açıqlama verməsi onun hansı təfəkkürə malik olması haqqında aydın təsəvvür yaradır. Bu, bir daha sübut edir ki, Ermənistan terror üzərində qurulmuş dövlətdir, onun başında duran insanlar isə hərbi cinayətkarlardır. Beynəlxalq hüquq normalarına əsasən isə hərbi cinayətkarlar məhkəmə qarşısında cavab verməlidirlər. Çox təəssüf ki, xalqımızın Xocalı kədəri, hüznü yaşadığı həmin vaxta faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. O vaxtkı dövlət rəhbərliyini təmsil edən vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər. Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazımi siyasi və hüquqi qiymətin verilməsi üçün heç bir tədbir görülmədi.

Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı,soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bununla da, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verilmişdir. Ulu Öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında” qərarı qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur və saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Son illər Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur və bunun nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün mühüm tədbirlər həyata keçirilmiş, Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin dünyanın əksər ölkələrənin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.

Soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması,bu həqiqətlərin beynəlxalq aləmdə yayılması,qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Artıq bir sıra dövlətlər, beynəlxalq təşkilatlar eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyirlər.

Kəmalə ŞÜKÜROVA,

Qax rayon Qeydiyyat şöbəsinin rəisi






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM