Alternative content

00:46 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:41 24.02.2020

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankara şəhərində "Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil olunan konfransda diplomatlar, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgiyə baxış olub.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransın məqsədi barədə ümumi məlumat verən TÜRKAZDER-in sədri Ənvər Türkoğlu çıxışında vurğulayıb ki, Xocalı soyqırımının dəhşətləri heç zaman unudulmayacaq.

Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan, Azərbaycanın Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev, və qardaş ölkədə fəaliyyət göstərən Orta Doğu Teknik Universitetinin dosenti, siyasi elmlər doktoru Ayça Ergun konfransda çıxış ediblər.

Çıxışlarda Xocalı soyqırımı XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti insanlıq faciəsi kimi dəyərləndirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyətindən, bəşəri faciənin tanıdılması ilə bağlı görülən işlərin nəticələrindən danışılıb.

Sinan Oğan bildirib ki, insani hisslərə ehtiram bəsləyən heç kəs Xocalı soyqırımının tanıdılması prosesindən kənarda qalmamalı, bu istiqamətdə əlindən gələni əsirgəməməli, erməni cinayətlərini ifşa etməkdən çəkinməməlidir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM