Alternative content

04:50 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:34 24.02.2020

Fevralın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi adlandıran AHİK-in sədri Səttar Möhbalıyev bu hadisənin Azərbaycan xalqının qan yaddaşına yazıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə qədim Xocalı şəhərini yerlə yeksan ediblər. Xəyanətkar qonşularımızın Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edərək ərazilərimizdə törətdikləri vəhşiliklər heç bir çərçivəyə sığmır. Həm insani, həm də müharibə qanunlarına zidd olan bu cinayət bağışlanmazdır. O bildirib ki, Xocalı soyqırımında dinc sakinlər qəddarcasına qətlə yetirilib, qocalar, qadınlar, uşaqlar süngüdən keçirilib. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Xocalı şəhəri bir gecənin içində yerlə yeksan edildi. İnsanlar öldürüldü, girov və əsir götürüldü, dözülməz işgəncələrə məruz qaldılar.

AHİK-in sədri qeyd edib ki, ermənilər Xocalı soyqırımını törətməklə, Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etməyi düşünürdülər. Çünki o dövrdə Azərbaycan hakimiyyətinə səriştəsiz, siyasətdən başı çıxmayan insanlar rəhbərlik edirdi. Onların fərasətsizliyi erməni separatçılarının və havadarlarının torpaq iştahasını daha da artırdı. Vandalizm hələ də davam edəcəkdi, amma bunun qarşısını xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider, dahi siyasətçi Heydər Əliyev ala bildi. Onun hakimiyyətə gəlişindən sonra müharibəyə, vətəndaş müharibəsinə son qoyuldu, ordu yenidən quruldu. Xocalı soyqırımına hüquqi siyasi qiymətin verilməsi də məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 26 fevral gününü Xocalı soyqırımı kimi elan etdi.

Səttar Möhbalıyev vurğulayıb ki, ölkəmiz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsinin təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətinin qanlı səhifəsi adlandırıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini qeyd edən AHİK-in sədri bildirib ki, artıq bir sıra dünya ölkələri Xocalı soyqırımını tanıyıblar.

Qeyd edib ki, Azərbaycan Prezidentinin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində haqq-ədalət öz yerini tapacaq və 1 milyondan artıq azərbaycanlı məcburi köçkün öz yurd-yuvasına qayıdacaq.

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinə dərs verməsi də bunu sübut edir. Dövlətimizin başçısı dünya ictimaiyyətinin gözü qarşısında tarixi faktlarla Paşinyanı susdurdu. Azərbaycan xalqı hər zaman Prezidentə dəstək verib və onun ətrafındadır.

Səttar Möhbalıyev bildirib ki, bəşəri və milli dəyərləri özündə birləşdirən Azərbaycan hər zaman sülhün, dostluğun, dinc və yanaşı yaşamağın tərəfdarıdır. Cənubi Qafqaz regionunda lider ölkələrdən ölən Azərbaycanın nüfuzu getdikcə artır. Xalqımız inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi, əzəli torpaqlarımızın bütövlüyünü təmin edəcəyik. Xalqımıza qarşı törədilən cinayətlərin icraçılarının cəzalandırılmasına nail olacağıq.

Digər çıxış edənlər Xocalı soyqırımı günahkarlarının tezliklə cəzalancaqlarına inamlarını ifadə edərək, torpaqlarımızın yaxın zamanda işğaldan azad ediləcəyindən əmin olduqlarını bildiriblər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM