Alternative content

00:06 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
ANA SƏHİFƏ / Elm və texnika
11:46 24.02.2020
ADA Universitetində "Akademik mükəmməllik günü” keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, "Akademik mükəmməllik günü”ndə ADA-nın İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dörd əlaçı tələbəsi təltif edilib.

Tələbələr 2019-cu ilin payız semestri ərzindəki akademik göstəricilərinə əsasən Lütfi Zadə adına təqaüdə layiq görülərək 100 faiz təhsil haqqından azad olunublar. Bundan başqa, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin 22 tələbəsi 50, 23 tələbəsi isə 25 faiz təhsil güzəşti əldə edib.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə akademik nəticələri ilə fərqlənən tələbələrin ali məktəb tərəfindən hər zaman dəyərləndirildiyini və təhsil güzəştinin onları daha yüksək nəticələr göstərməyə ruhlandırdığını bildirib.

İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov fakültə tələbələrinin uğurlarından bəhs edib, xarici universitetlərlə mübadilə proqramları çərçivəsində tələbələrin müxtəlif ölkələrdə beynəlxalq təcrübə qazandığını bildirib.

Sonra ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev çıxış edərək tələbələrə təqaüdün verilməsi üçün dəstəyini əsirgəməyən sponsorlara minnətdarlığını bildirib. O, bu dəstəyin gələcək informasiya texnologiyaları mütəxəssislərinin yetişməsinə fayda verdiyini qeyd edib.

Qeyd edək ki, əlaçı tələbələrin təqaüd proqramına "BP Azərbaycan” şirkəti, "AzərEnerji”, "Nar”, "Paşa Bank”, "Paşa Holdinq”, "Azercell Telecom”, "AzIntelecom”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Mərkəzi və "Rapid Solutions” şirkəti dəstək olub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM