24 Fevral 2020 09:34
905
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli 278 saylı, 20 fevral 2020-ci il tarixli 321 və 324 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 60 saylı Salyan – Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizədlər Qurbanova Aytən Nizami qızı 2020-ci il fevralın 18-də, Süleymanov Əbil Əlifağa oğlu və Musəvi Kamil İbadət oğlu isə 2020-ci il fevralın 20-də Mərkəzi Seçki Komissyasına müraciət etmiş, seçki günü adıçəkilən seçki dairəsinin əksər seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia edərək dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 14/35 saylı, 17 fevral 2020-ci il tarixli 16/39 saylı və 19 fevral 2020-ci il tarixli 17/41 saylı qərarlarını mübahisələndirmiş, həmin qərarların ləğvini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Seçki günü seçki qanunvericiliyinin ehtimal olunan pozuntularına dair daxil olmuş həmin müraciətlər eyni məzmunlu olduğundan və eyni seçki dairəsinin seçki məntəqə¬lərini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddə¬lərinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

A.N.Qurbanova, Ə.Ə.Süleymanov və K.İ.Musəvi seçki günü müşahidənin aparılmasında müşahidəçilərə maneələr yaradıldığını, səlahiyyəti olmayan şəxslərin seçki prosesinə müdaxiləsini, seçki qutularına topa bülletenlər atıldığını, səslərin müşahidəçilərin müşahidəsi olmadan səsvermə otağından kənarda sayıldığını, səsvermənin nəticələrinə dair tərtib edilmiş protokolların nüsxəsi tələb edilsə də onlara təqdim edilmədiyini, məntəqə seçki komissiyası sədrlərinin protokolların nüsxələrini təqdim etmədən məntəqəni tərk etdiklərini və digər qanun pozuntuları olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciətləri ilə bağlı həmin seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğvini xahiş etmişlər.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü 60 saylı Salyan – Neftçala seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı seçicilərin iradəsini sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntuları aşkar edilmədiyindən müraciətlər təmin olunmamışdır.

Qeydə alınmış namizəd K.İ.Musəvi şikayətində həmçinin seçkiqabağı təşviqat dövründə qeyri-bərabər şərait yaradıldığını, lider namizədin xeyrinə inzibati resurslardan istifadə edildiyini də mübahisələndirmişdir. Şikayətə hər bir şikayətçi tərəfindən bir ədəd elektron məlumat daşıyıcısı, A.N.Qurbanova tərəfindən isə həm də 5 ədəd akt əlavə edilmişdir.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdır¬mada və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Müraciətin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdı¬rılmışdır. Araşdırma ilə əlaqədar qeydə alınmış digər namizədlərdən, seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən, komis¬siya üzvlərindən və digər seçki subyektlərindən izahatlar alınmışdır.

Namizədlərin müraciətinin hərtərəfli və qərəzsiz araşdırılması məqsədilə səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, həmçinin müraciətlərə əlavə edilmiş üç ədəd elektron məlumat daşıyıcısına, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollara baxış keçirilmiş, seçki subyektlərindən alınmış seçki sənədləri tədqiq edilərək müəyyən edilmişdir ki, səsvermə günü 60 saylı Salyan – Neftçala seçki dairəsinin 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələri istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləş¬dirməyə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komis¬siyası düzgün nəticəyə gəlsə də, göstərilən seçki məntəqələrinə münasibətdə düzgün nəticəyə gəlməmişdir.

Belə ki, sosial şəbəkələrdə yayım¬lanan görüntülərə və təqdim olunmuş videomateriallara baxış keçirilərkən, eləcə də alınmış izahatların və digər seçki materiallarının təhlili nəticəsində 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Müəyyən edilmiş qanun pozuntuları seçki qanunveri¬ciliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyən¬ləş-dirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Buna görə də 60 saylı Salyan – Neftçala seçki dairəsinin 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntə¬qələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 11, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 42-dir.

Beləliklə, 60 saylı Salyan – Neftçala seçki dairəsindən qeydə alınmış namizədlərin müraciətləri qismən təmin edilməli, həmin seçki dairəsinin 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 60 saylı Salyan – Neftçala seçki dairəsindən qeydə alınmş namizədlər Qurbanova Aytən Nizami qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli 278 saylı, Süleymanov Əbil Əlifağa oğlu və Musəvi Kamil İbadət oğlunun 20 fevral 2020-ci il tarixli müvafiq olaraq 321 və 324 saylı müraciətləri qismən təmin olunsun, seçki dairəsinin 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37, 39 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 14/35 saylı, 17 fevral 2020-ci il tarixli 16/39 saylı və 19 fevral 2020-ci il tarixli 17/41 saylı qərarları 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37, 39 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video