23 Fevral 2020 21:47
619
DÜNYA
A- A+

İranda parlament seçkilərinin nəticələri açıqlanıb


İranın Daxili İşlər naziri Rəmani Fəzli bu gün mətbuat konfransı keçirərək parlament seçkilərinin nəticələri haqqında məlumat verib.

AZƏRTAC xəbər verir ki, nazir seçici fəallığının 42,57 faiz olduğunu bildirib. Onun sözlərinə görə, Tehran və ətraf rayonların əhalisinin 26,2 faizi sesvermədə iştirak edib. Ümumilikdə 11-ci parlament seçkilərində 24 milyon, 512 min 404 nəfər səs verib.

İranda 290 yerlik parlamentdə təmsil olunmaq üçün 1578 nəfər namizədliyini irəli sürüb. İranın Elborz, Elam və Qum, Şərqi Azərbaycan vilayətləri parlamentdə daha çox deputat ilə təmsil olunurlar. Parlamentdə 5 yer isə İranda yaşayan dini azlıqların nümayəndələri üçün ayrılır.

Ölkədə prezident və parlament seçkilərində siyasi mübarizə, əsasən, siyasi arenanın iki böyük qüvvəsi-mühafizəkarlar və islahatçılar arasında aparılır. Bu il seçkilərdə mühafizəkarlar parlamentdə yerlərin daha çoxunu qazanıblar. Əslində bu vəziyyət gözlənilən idi. Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi islahatçılar Qərb ilə danışıqlar apararaq sanksiyaları aradan qaldırmağa çalışdılar. Nəticədə İran daha sərt sanksiyalar ilə üzləşdi ki, bu da ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlaşması ilə nəticələndi. Mühafizəkarlar isə hər zaman ABŞ başda olmaqla, Qərb ilə yumşaq danışmağın əleyhinə olublar. İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi 2015-ci ildə Qərb ilə danışıqlara başlamaq istəyən Prezident H. Ruhaniyə ABŞ-a inanmaq olmaz deyərək xəbərdarlıq edib. Çox yox, düz 2 il keçəndən sonra zaman Ali Rəhbərin haqlı olduğunu göstərdi. Rəsmi Vaşinqton "İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” sazişə imza atsa da üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və sazişdən çıxdığını bəyan etdi. Bu azmış kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaları daha da sərtləşdirdi. Bütün diplomatik səylərə baxmayaraq, H.Ruhani hökuməti sanksiyaları ortadan qaldıra bilmədi. Bütün bunların nəticəsi olaraq İran ictimaiyyəti parlament seçkilərində mühafizəkar düşərgənin nümayəndələrinə daha çox səs verdi.

İranın yeni parlamenti fəaliyyətini hansı istiqamətdə quracaq və parlamentə kimin sədrlik edəcəyini isə zaman göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video