23 Fevral 2020 21:02
595
SİYASƏT
A- A+

"Der Freitag" nəşri ermənilərin Xocalıda törətdikləri cinayətlər barədə məqalə dərc edib


"Der Freitag" nəşrində Humboldt Universitetinin doktorantı Asif Məsimovun ermənilərin Xocalıda törətdikləri cinayətlər barədə məqaləsi dərc edilib (bax: https://www.freitag.de/autoren/masimov/armenier-muessen-das-verbrechen-anerkennen).

AZƏRTAC xəbər verir ki, "Ermənilər öz cinayətkar əməllərinə görə cavab verməlidirlər" sərlövhəli məqalədə Ermənistan tərəfindən törədilən cinayətlərin qısa xronologiyası və əsas faktlar yer alıb. Qeyd olunur ki, bunun qətliam və ya soyqırımı olması böyük əhəmiyyət kəsb etmir, lakin mühüm olan başqa şeydir - bəşər övladı qarşısında bu ağır cinayətin törədilməsində məsuliyyət daşıyan təşkilatçılar və icraçılar hələ də azadlıqdadır. Universitetin doktorantı yazır ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və sabiq müdafiə naziri Seyran Ohanyan da həmin cinayətkarlar sırasındadır.

Müəllif vurğulayır ki, Ermənistan bu cinayətdə nəinki öz rolunu inkar edir, hətta günahı azərbaycanlıların boynuna qoymağa cəhd göstərir. Bununla yanaşı, A.Məsimov Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala etdiyi etirafı xatırladır: "Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə heç vaxt əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video