23 Fevral 2020 20:57
842
Təhsil
A- A+

ADA Universiteti beynəlxalq sərgidə təmsil olunub


Qazaxıstanın paytaxtı Nur-Sultanda "Begin edu fair” beynəlxalq təhsil sərgisi keçirilib. Aparıcı ali təhsil müəssisələrinin, o cümlədən orta ixtisas təhsil müəssisələrinin və ixtisasartırma mərkəzlərinin nümayəndələrini bir araya gətirən sərgi hər kəsə xarici ölkədə həm ixtisas, həm də təhsil müəssisəsi seçmək üçün geniş imkan yaradan platformadır.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan, Böyük Britaniya, Almaniya, Kanada, Latviya, Rusiya, ABŞ, Türkiyə, Çexiya, İsveçrə, Tailand və digər ölkələrin təhsil ocaqlarının nümayəndələri təmsil olunduqları müəssisələri təbliğ edirdi. Bu il sərgiyə 25 ölkədən 60 –dan çox ali təhsil ocağı və özəl məktəblər qatılmışdı.

Sərgidə Azərbaycanı təmsil edən ADA Universitetinin nümayəndəsi Aytəkin Hüseynova ziyarətçilərə ölkəmiz və universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır. Universitet, həmçinin dünyanın müxtəlif nüfuzlu ali məktəbləri ilə mübadilə proqramları həyata keçirir.

Ziyarətçilərə universiteti daha yaxından tanımaq üçün jurnal və broşürlər paylanıb.

Qeyd edək ki, ADA Universiteti Nur-Sultanda keçirilən "Begin edu fair” beynəlxalq sərgisində artıq ikinci dəfədir iştirak edir.

Sərgidə ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilib. Seçilmiş ölkə və təhsil müəssisələri üzrə fərdi konsultasiya almaq və TOEFL, GMAT, IELTS imtahanlarına hazırlıq üzrə məsləhətləşmələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video