23 Fevral 2020 15:19
577
SİYASƏT
A- A+

Amerikalı senator və konqresmen Xocalı soyqırımı ilə əlaqədar ABŞ-ın Azərbaycan icmasına müraciət ediblər


İllinoys ştatından olan senator Temmi Dakuort və bu ştatın birinci dairəsini ABŞ Konqresində təmsil edən konqresmen Bobbi Raş Xocalı qətliamının 28-ci ildönümü ilə əlaqədar ABŞ-ın Azərbaycan icmasına müraciət ediblər.

AZƏRTAC xəbər verir ki, Bobbi Raşın Çikaqoda yerləşən ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanan məktubunda deyilir ki, mülkü əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı törədilmiş bu soyqırımı aktı bəşəriyyətin üzərinə vurulmuş bir ləkədir. Bu dəhşətli insan qırğını nəinki sülh vaxtı, heç müharibə vaxtı da törədilməyib.

Temmi Dakuortun məktubunda qeyd edilir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi yerli sakinləri Azərbaycan mədəniyyəti, irsi, adət-ənənələri, habelə Azərbaycana qarşı törədilmiş tarixi ədalətsizliklər haqqında məlumatlandırır.

Hər iki qanunverici Xocalı qətliamının anım günündə Azərbaycan icması ilə bir olduqlarını qeyd edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video