23 Fevral 2020 07:45
1061
SİYASƏT
A- A+

Gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi aktual məsələlərdəndir


"Prezident İlham Əliyevin gənclərə yönələn siyasətinin tərkib hissəsi olaraq gənclərin ictimai həyatda rolunun artırılması və məsul vəzifələrə irəli çəkilməsi baxımından onların qərar qəbuletmə, natiqlik, məsuliyyəti öz üzərinə götürmə və digər liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdəndir. Bunu nəzərə alaraq, gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "GəncLİK" (Gənc Liderlərin İnkişaf Konsepsiyası) proqramı fəaliyyətə başlayıb. Proqramın məqsədi potensialı olan ictimai liderlərin üzə çıxarılması, inkişafı və şəbəkələşməsinin təmin olunması, habelə onların fəaliyyət istiqamətləri üzrə irəli çəkilməsindən ibarətdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 22-də Təhsil nazirinin müavini Firudin Qurbanovun "GəncLİK" proqramının 4 mərhələli seçim mərhələsindən uğurla keçən 30 gənc liderlə görüşündə səsləndirilib.

F.Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə, mədəniyyətə, idmana xüsusi önəm verdiyini vurğulayıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan nazir müavini ölkəmizdə gənclərə, onların təhsilinə böyük diqqət göstərildiyini deyib. O, gənclərə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Tədbirdə, eyni zamanda, məlumat verilib ki, seçilən gənc liderlər üçün peşəkar xarici və yerli mentorların iştirakı ilə təlimlər keçirilib, onların regionlara səfərləri təşkil edilir.

GəncLİK proqramı çərçivəsində hər həftənin şənbə və bazar günləri gənc liderlərin dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri keçirilir.

Proqram iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, KOBİA-nın sədr müavini Nadir Adilov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sədri Taleh Ziyadov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə görüşlər təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video