23 Fevral 2020 07:43
1207
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 304 saylı və 20 fevral 2020-ci il tarixli 329 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 30/346


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Quliyev Ziya Rövşən oğlu və digərləri 2020-ci il fevralın 19-da və 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 15 fevral 2020-ci il tarixli 05/65 saylı qərarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər Z.R.Quliyev, F.V.Eyvazov, M.A.Mahmudov, R.N.Zeynalzadə, İ.A.Sadıqova, F.N.Salahlı və A.T.İsrəfilov birgə müraciətdə səsvermədən əvvəl seçki təşviqatı dövründə, səsvermə günü və səslərin sayılmasında 30 saylı Suraxanı birinci seçki dairəsinin 13, 23 və 25 saylı seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində pozuntular olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciətləri ilə bağlı qəbul olunmuş qərarın ləğvini xahiş etmişlər. Şikayətə və şikayətə əlavəyə iki ədəd elektron məlumat daşıyıcısı əlavə edilmişdir.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdırmada və komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Müraciətin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Namizədlər müraciətlərini əsaslandırmaq üçün iki ədəd elektron məlumat daşıyıcısı təqdim etmişlər. Araşdırma ilə əlaqədar dairə seçki komissiyasının mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən, komissiya üzvlərindən və digər seçki subyektlərindən izahatlar alınmışdır.

Namizədlərin müraciətinin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, seçki məntəqələrində quraşdırılmış veb-kameraların görüntülərinə, həmçinin müraciətlərə əlavə edilmiş iki ədəd elektron məlumat daşıyıcısına və seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollara baxış keçirilmiş və Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrindən başqa digər seçki məntəqələrində pozuntu halları müəyyən edilməmişdir.

Qeyd edilməsi zəruridir ki, həmin seçki dairəsindən deputatlığa digər namizəd S.A.Rəfullayevanın dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 05/64 saylı qərarından Mərkəzi Seçki Komissiyasına verdiyi şikayətlə əlaqədar aparılmış hərtərəfli araşdırma çərçivəsində təqdim edilmiş video görüntülərdə seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edildiyindən, Mərkəzi Seçki Komissiyasının 19 fevral 2020-ci il tarixli 27/299 saylı qərarı ilə dairə seçki komissiyasının 1, 12, 14, 16 və 18 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.

Araşdırma zamanı qeyd edilən seçki məntəqələri istisna olmaqla namizədlərin mübahisələndirdiyi digər seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilərin, vəkil edilmiş şəxslərin, səlahiyyətli nümayəndələrin izahatları ilə iddia edilən qanun pozuntuları təsdiqini tapmamışdır.

Aparılmış araşdırma məcmu şəkildə qiymətləndirilərək müəyyən edilir ki, seçki dairəsi üzrə qeydə alınmış namizədlər Z.R.Quliyev və digərlərinin müraciətlərinin təmin edilməməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Ona görə də müraciətin təmin edilməsi və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Quliyev Ziya Rövşən oğlu və digərlərinin 19 fevral 2020-ci il tarixli 304 saylı və 20 fevral 2020-ci il tarixli 329 saylı müraciətləri təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 05/65 saylı qərarı dəyişdirilmədən saxlanılslın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

22.02.2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video