2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 305 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar № 30/354
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi Əlyar Əliş oğlu Şirməmmədov 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 12/36 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Müraciətdə səsvermə günü 17 saylı Yasamal üçüncü seçki dairəsinin 27 saylı seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində müşahidə aparılması üçün normal şəraitin yaradılmaması, məntəqə seçki komissiyasının üzvləri tərəfindən müşahidə prosesinə maneçilik törədilməsi, səsvermə başlamazdan əvvəl seçki bülletenlərinin masanın üzərinə qoyulmaması, səlahiyyəti olmayan şəxslərin seçki məntəqəsinə daxil olması, məntəqənin dislokasiyasına aid olmayan şəxslərin səsvermədə iştirak etməsi və digər qanun pozuntularına yol verildiyini iddia edərək bu pozuntuların araşdırılmasını, adları qeyd edilən məntəqələr üzrə səsvermənin nəticələrinin ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Müraciətə səsvermə günü müxtəlif seçki məntəqələrində tərtib edilməsi iddia edilən aktlar və bir ədəd elektron məlumat daşıyıcısı əlavə edilmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar səlahiyyətli nümayəndə Ə.Ə.Şirməmmədov qanunla nəzərdə tutulmuş müddətdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayəti araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, müraciətdə qeyd edilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən edilmədiyindən Ə.Ə.Şirməmmədovun müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır.
Araşdırma ilə əlaqədar səlahiyyətli nümayəndə Ə.Ə.Şirməmmədovla əlaqə saxlanılmış, araşdırmada və iclasda iştirak etmək və digər hüquqları ona izah edilmiş, araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə olan məlumatlar, məntəqə seçki komissiyalarının seçkilərin yekununa dair protokol məlumatları və şikayətçi tərəfindən araşdırmaya təqdim olunmuş sənədlər və videomateriallar, həmçinin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər ətraflı tədqiq edilmişdir.
Təqdim olunmuş 1 ədəd elektron məlumat daşıyıcısına baxış keçirilərkən müəyyən edilmişdir ki, bu yaddaş qurğusunda 17 saylı Yasamal üçüncü seçki dairəsinin müxtəlif seçki məntəqələrindən görüntülər qeydə alınmışdır. Araşdırma zamanı digər namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan səsvermə günü göstərilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularının təsdiqini tapmaması, seçicilərin sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmələri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunaraq maraqlı seçki subyektlərinə verilməsi, bununla da dairə seçki komissiyasının düzgün nəticəyə gəlməsi müəyyən edilmişdir.
Araşdırma ilə həmçinin sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələri ilə əlaqədar yayımlanan görüntülər və digər videomateriallar nəzərdən keçirilərkən mübahisələndirilən seçki məntəqələrində səsvermə prosesində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilməmişdir. Buna görə də seçki qanunvericiliyinin tələblərinə görə həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Aparılmış araşdırma ilə belə nəticəyə gəlmək olar ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə səlahiyyətli nümayəndə Ə.Ə.Şirməmmədovun müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi Ə.Ə.Şirməmmədovun 19 fevral 2020-ci il tarixli 305 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.02.2020
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!