23 Fevral 2020 07:37
555
SİYASƏT
A- A+

Karim İfrak: “Xocalıya ədalət!” kampaniyası beynəlxalq ictimaiyyəti məlumatlandırmaq baxımından çox önəmlidir”


Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Parisdə keçirilmiş anım tədbirində iştirak etdim. XXI əsrin astanasında bu cür soyqırımı aktının törədilməsi qəbuledilməzdir.

Bir gecədə qəflətən mülki şəxslərə edilən hücum nəticəsində 613 insanın - qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı eşitdiklərim mənə çox pis təsir etdi. Həmin qətliamdan 28 il keçməsinə baxmayaraq, qatillər, cəlladlar hələ də cəzalandırılmayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ədalət tam bərqərar olmalı, Azərbaycan torpaqları geri qaytarılmalıdır.

Bu fikirləri Parisdəki Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edən Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Karim İfrak AZƏRTAC-a müsahibəsində deyib. Karim İfrak bildirib ki, "Xocalıya ədalət!” kampaniyası beynəlxalq ictimaiyyəti məlumatlandırmaq baxımından çox önəmlidir. Dünya birliyi ermənilər tərəfindən törədilmiş bu barbarlığı, Ermənistanın əsl üzünü görməlidir. Ermənistan heç bir təşkilata məhəl qoymur, münaqişənin sülh yolu ilə həlli istiqamətində heç bir addım atmır. "İnanırıq ki, sülhpərvər, tolerant və inklüziv Azərbaycan xalqı tezliklə torpaqlarını azad edəcək və ədalət öz yerini tutacaq”, - deyə K.İfrak vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video