23 Fevral 2020 07:32
934
Səhiyyə
A- A+

Xolesterolu necə stabilləşdirməli?


Xolesterolu aşağı salmaq üçün bu qidalar sizə kömək edər:

İspanaq

İspanağın tərkibində olan lutein piqmenti xolesterol və trigliseridləri azaldır. İspanağın tərkibində, eyni zamanda, E vitamini də var və bu vitamin antioksidant sayılır;

Qarağat

Qarağat damarların tıxanmasına səbəb olan xolesterolun miqdarını azaldır.

Qara şokolad

Qara şokoladın tərkibində kakao polifenolları çoxdur. Kakao polifenolu müsbət xolesterolun miqdarını artırır. Şokoladın tərkibində olan yağ turşuları mənfi xolesterol olan LDL-in molekullarının strukturunu dəyişərək ziyanının azalmasına səbəb olur.

Alma, üzüm, çiyələk

Bu meyvələrin tərkibində mənfi xolesterolun miqdarını azaldan pektin maddəsi var.

Avokado

Avokado zərərli xolesterolun miqdarını azaldır, sağlam xolesterolun miqdarını isə artırır və tərkibində ürəyə faydalı olan doymamış yağ turşuları var. Avokadonun tərkibində yağ miqdarı bir az çox olduğu üçün həddən artıq qəbul etmək məsləhət görülmür.

Yulaf

Yulafın tərkibi liflə zəngindir. Gündə bir kasa yulafı səhər yeməyində qəbul etmək xolesterolu stabilləşdirir.

Yağlı balıqlar

Həftədə 2-3 dəfə yağlı balıq yemək zərərli xolesterolu azaldır. Aparılan tədqiqatlara görə, doymuş yağları omeqa-3 ilə dəyişdirmək müsbət xolesterolu 4 faiz artırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video