22 Fevral 2020 18:12
1640
İDMAN
A- A+

Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək


Gələn il Bakıda Beynəlxalq Etnoidman Forumu keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Beynəlxalq Etnoidman Federasiyasının prezidenti Bilal Ərdoğan Antalyada keçirilən III Beynəlxalq Etnoidman Forumunda məlumat verib.
"Etnoidman növlərinin yenidən inkişaf etdirilməsi” mövzusunda təşkil olunan Antalya Forumunda Beynəlxalq Etnoidman Federasiyasının prezidenti Bilal Ərdoğan, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu və digər ölkələrin nazirləri etnoidmanın dünyada daha geniş yayılmasına və tanıdılmasına dair birgə bəyanat imzalayıblar.

Gənclər və İdman naziri Azad Rəhimov Forumda çıxış edərək 2021-ci ildə IV Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın qəbulunun ölkəmizin indiyədək bir sıra mühüm idman yarışlarına və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsi olduğunu deyib. Etnoidmanın inkişafına dair birgə bəyannamənin imzalanmasını önəmli addım adlandıran nazir bunun milli idman növlərinin inkişafı, kütləviliyinin artırılması və təbliği işinə digər ölkələrin də cəlb olunması, eləcə də bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi baxımından yeni imkanlar açacağını vurğulayıb.

A.Rəhimov III Beynəlxalq Etnoidman Forumunun xalqların zəngin və çoxəsrlik mədəni irslərinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağını bildirib. Nazir Azərbaycan milli atüstü idman oyunun - çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınmasının ölkəmizin böyük uğuru olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, işini fevralın 23-də başa çatdıracaq Forumda 49 ölkədən dövlət və hökumət rəsmiləri, federasiyaların təmsilçiləri və elm adamları olmaqla ümumilikdə 200 nümayəndə iştirak edir. Toplantıda "Milli idman və oyunların hökumətlər tərəfindən dəstəklənməsinin əhəmiyyəti”, "Dövlət qurumlarının diqqətinin bu sahələrə yönəldilməsi yolları”, "Milli idman və oyunlar vasitəsilə gənc nəslin yetişdirilməsini təmin etmək və gənclərin vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq”, "Nəsillər və mədəniyyətlər arasında əlaqələrin qurulmasında etnoidmanın rolu”, "Milli idman növləri ilə bağlı məlumatların və sənədlərin toplanmasında universitetlərin, federasiyaların və klubların əməkdaşlığının vacibliyi” və digər mövzularda müzakirələr aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video