22 Fevral 2020 17:31
535
SİYASƏT
A- A+

Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib


Fevralın 21-də Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir.

Qətnamədə Xeybər Puxtunxva əyalətinin Assambleyası Pakistan və Azərbaycan arasındakı qarşılıqlı hörmət, etimad və anlaşma prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verərək, iki ölkə arasında bölüşülən mədəni dəyərlərin, regional və qlobal məsələlərə ortaq yanaşmanın və beynəlxalq müstəvidə yaxın əməkdaşlığın mövcud olduğunu vurğulayır. Pakistanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair prinsipial mövqeyinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyi və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir Kontakt Qrupunda fəal iştirakı qətnamədə məmnuniyyətlə qeyd olunur.

Assambleya Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını və 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən soyqırımını, İƏT və BMT qətnamələrinə əhəmiyyət verilməməsini pisləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycan Respublikasının səylərini dəstəkləyir. Assambleya bəyan edir ki, Ermənistan Azərbaycanın ərazilərini işğaldan azad etməyənədək və beləliklə də bu iki ölkə arasında sülh əldə olunmayanadək Ermənistanla diplomatik münasibətlər qurulmayacaq.

Məlumat üçün bildirmək istərdik ki, Xeybər Puxtunxva əyaləti Pakistanın dörd inzibati əyalətindən biri olub, ölkənin şimali-qərb bölgəsində yerləşir və əhalisinin sayına, həm də iqtisadiyyatına görə üçüncü böyük əyalət hesab olunur. Əyalətin Assambleyası təkpalatalı qanunverici qurum olmaqla 5 il müddətinə seçilən 145 üzvdən ibarətdir.

Pakistan Senatının Xarici Əlaqələr Komitəsi 2012-ci ildə, Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi tərəfindən 2017-ci ildə Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video