22 Fevral 2020 15:18
648
DÜNYA
A- A+

Tunberqin adı yeni növ ilbizə verildi


Elmi ekspedisiya Bruney cəngəlliklərində ilbizlərin yeni növünü aşkar etmişdir. O, gənc ekologiya fəalı Qreta Tunberqin adını daşıyacaq. Bu barədə "Biodiversty Data Journal” qəzeti xəbər verir.

Məlumata görə, söhbət sikloforidlər ailəsinin yeni növündən – "Craspedotropis qretahunbergae”dən gedir. Onlar quraqlığa, temperaturun ekstremal dəyişməsinə və meşələrin kəsilməsinə çox həssasdır.

Bundan əvvəl Keniyada tapılmış yeni böcək növü də Tunberqin şərəfinə adlandırılmışdır. Həmin böcəyin hörüklərə bənzəyən iki uzun bığı var.

17 yaşlı Qreta Tunberq iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinin dəstəklənməsi ilə bağlı keçirdiyi aksiyalara görə populyarlıq qazanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video