22 Fevral 2020 15:14
568
CƏMİYYƏT
A- A+

Azərbaycan Prezidentinin Münxendəki debatda diplomatik qələbəsi DSX-nin şəxsi heyəti arasında geniş təbliğ olunur


Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən debatda dövlətçiliyimizin növbəti diplomatik qələbəsinin təbliğ edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər təşkil olunur.

DSX-nin mətbuat mərkəzindənAZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq auditoriya qarşısında Ermənistanın baş nazirinə yüksək diplomatiya və erudisiya ilə beynəlxalq hüquq normalarına və tarixi faktlara əsaslanmaqla, problemlərə dəqiq və konseptual yanaşma tərzi ilə aşkar üstünlük nümayiş etdirməsi fəal şəkildə təbliğ olunur.

Müzakirələrdə çıxış edən deputatlar, elm xadimləri, ictimaiyyətin nümayəndələri həmin debatda dövlətçiliyimizin gücünü, nüfuzunu və qüdrətini beynəlxalq səviyyədə yüksəklərə qaldıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli və məharətli çıxışı zamanı erməni faşizminin törətdiyi Xocalı soyqırımının məsuliyyətindən yayınmaq cəhdlərini ifşa edərək işğalçı dövlətin rəhbərini çıxılmaz və aciz duruma saldığı xüsusi vurğulanıb. Bununla yanaşı, səlahiyyətli beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, xalqımızın fundamental haqlarının, dövlətimizin ərazi bütövlüyünün bərpası üçün təzyiqləri artırmağa israrla tələb etməsinin hər bir sərhədçinin döyüş ruhunun və mübarizə əzminin daha da yüksəlməsinə səbəb olması fəxrlə qeyd edilib.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı canlı debatın videoyazısı şəxsi heyətə nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video