22 Fevral 2020 15:12
488
SİYASƏT
A- A+

İstanbulda “Qarabağın işğalı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib


İstanbulda "Qarabağın işğalı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, "Aydınlar ocağı”nın təşkilatçılığı ilə baş tutan tədbirdə ermənilər tərəfindən Azərbaycanda törədilmiş vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barədə geniş məlumat verilib.

Xocalı mövzusunda geniş məruzə ilə çıxış edən Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek deyib: "Faciənin törədilməsindən xeyli əvvəl artıq Xocalıda humanitar vəziyyət gərginləşmişdi. Ciddi ərzaq və dərman çatışmazlığı yaranmışdı. Buna baxmayaraq, Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər. Avtomat və ov tüfəngləri ilə silahlanmış yerli sakinlər, milis qüvvələri şəhəri erməni quldurlarından qorumağa çalışırdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər müxtəlif döyüş silahlarının və canlı qüvvələrin köməyi ilə qəflətən şəhərə güclü hücum edib və Xocalını top atəşinə tutdular”.

O qeyd edib ki, həmin gecə şəhərin bütün infrastrukturu, tarixi abidələri dağıdıldı. Bu faciə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər erməni vandalları tərəfindən misli görünməmiş amansızlıqla qətlə yetirildi. Bir gecənin içində səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. "Biz Xocalı faciəsini və insanlığa qarşı törədilmiş bu kimi soyqırımları unutmamalıyıq”, - deyə professor əlavə edib.
ƏTRAFLI
optimal.az

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr haqqında danışan İ.Öztek bildirib: "Bu tədbirdəki müzakirələr zamanı Ermənistanın baş naziri olduqca gülünc vəziyyətə düşdü. Azərbaycan Prezidenti isə bir daha bütün dünyaya Azərbaycanın haqlı tərəf olduğunu sübut etdi”.

Konfrans müzakirələrlə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video