22 Fevral 2020 15:10
641
İQTİSADİYYAT
A- A+

Bakı Limanı İtaliyanın Trieste və Qenuya limanları ilə əməkdaşlıq edəcək


Fevralın 21-də Romada keçirilmiş Azərbaycan-İtaliya biznes forumu çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İtaliyanın Trieste və Qenuya limanları arasında anlaşma memorandumu imzalanıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, imzalanan sənədlərə əsasən limanlar Çinlə Avropa arasında mövcud olan ticarət dövriyyəsindən birgə bəhrələnəcək, innovasiyaların, qabaqcıl texnologiyaların, əməliyyat məsələləri üzrə biliklərin mübadiləsini həyata keçirəcəklər.

İtaliyanın ən böyük limanı sayılan Trieste limanı, Çin, Uzaq Şərq, Sinqapur və Malayziya kimi ölkələr üçün Avropanın "giriş qapısı” sayılır. Hər ay buradan 400 qatarla Almaniya, Avstriya, Çexiya, Macarıstan və İsveçrəyə yüklər daşınır. Trieste limanının illik yük dövriyyəsi 70 milyon tona yaxındır.

Həmçinin Qenuya limanı da İtaliyanın ən qədim limanlarından biridir və Avropa ilə Çin arasında ticarət əlaqələrində xüsusi əhəmiyyətə malikdir. Keçən il limanda 3 milyon TEU konteyner aşırılıb və 5 milyonadək sərnişinə xidmət göstərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video