22 Fevral 2020 09:51
566
SİYASƏT
A- A+

Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib


Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun birgə təşkilatçılığı ilə "Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyimizin müşaviri Vaqif Ağayev və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan Xocalı soyqırımı və "Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat veriblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklərdən danışan müşavir V. Ağayev bildirib ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə hər il fevralın 26-sının "Xocalı Soyqırımı Günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu.

Həmçinin o, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlərindən də söz açıb.

Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən "Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası dünyanın 40-dan çox ölkəsində həyata keçirilib. Ədalət öz yerini tutana qədər "Xocalıya ədalət!” kampaniyası davam edəcək. "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

V.Ağayev diqqətə çatdırıb ki, Xocalı soyqırımı Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.

Taha Ayhan rəhbərlik etdiyi Forumun Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü olan "Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasını dəstəklədiyini bildirib.
Qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Prezident İlham Əliyevin Azərbaycana qarşı erməni təcavüzünə laqeyd qalmamaqla bağlı beynəlxalq təşkilatlara çağırışını alqışlayır. Gənclər Forumu Xocalı soyqırımını törətmiş erməni qatillərinin cəzalandırılması məqsədilə göstərdiyi səylər və apardığı bütün kampaniyalarda həmişə Azərbaycanın yanındadır.

T.Ayhan Xocalı qətliamını icra edənlərdən biri olan David Xeyriyanın Beyrutda nəşr etdirdiyi "Xaç naminə” kitabında yazdığı xatirələrindən sitatlar gətirib. Bildirib ki, Xocalı faciəsini törətmiş, uşaqlara, qadınlara, qocalara işgəncə vermiş, onları amansızlıqla qətlə yetirmiş qatillər hələ də cəzalanmayıb. "Xocalıya ədalət!” kampaniyası qatillər cəzalandırılana qədər davam edəcək. "Xocalıya ədalət!” kampaniyasının əsas məqsədi Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri, eləcə də erməni silahlı birləşmələrinin ölkəmizin işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması zərurəti ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.

Anım tədbirində Xocalı faciəsindən bəhs edən, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun bu faciənin şahidləri ilə bağlı çəkdiyi filmlər nümayiş olunub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin şahidləri xatirələrini bölüşüblər.

Anım tədbirində Fransada akkreditə olunmuş diplomatik korpusun, eləcə də yerli ictimayyətin nümayəndələri, jurnalistlər, Azərbaycan diasporasının üzvləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video