Alternative content

12:34 01 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdə olub
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdə olub
ANA SƏHİFƏ / SİYASƏT
06:42 22.02.2020


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti fevralın 18-20-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

İdarənin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində fevralın 19-da Şeyxülislam A.Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti 22-ci sessiyasının iclasında iştirak edib. Dünyanın ənənəvi dinlərinin nümayəndələrindən ibarət olan KAICIID Direktorlar Şurasının 9 üzvündən biri kimi A.Paşazadə iclasdan sonra bir sıra görüşlər keçirib, o cümlədən Səudiyyə Ərəbistanının "Salam” mədəniyyətlərarası əlaqələr üzrə gənclər təşkilatının üzvləri, habelə yerli ictimaiyyət nümayəndələri ilə görüşüb və kütləvi informasiya vasitələrinə müsahibə verib.

Fevralın 20-də İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud KAICIID Direktorlar Şurasının üzvlərini qəbul edib. Görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Kral Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, öz növbəsində, salam-dualarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Kral Salman bin Əbdüləziz Al Səud KAICIID Direktorlar Şurasının növbəti sessiyasinin Ər-Riyadda keçirilməsindən məmnunluq duyduğunu bildirərək, mərkəzin müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasında dialoqun möhkəmləndirilməsində, mötədillik və tolerantlıq dəyərlərinin təbliğində, radikalizm və terrorizmin müxtəlif formaları ilə mübarizədə rolunu yüksək qiymətləndirib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM