22 Fevral 2020 06:41
944
CƏMİYYƏT
A- A+

Yeni yanaşma, müasir inkişaf


Yevlax Şəhər İcra Hakimiyyətinin 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.

Hesabat məruzəsi ilə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Anar Tağıyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərə toxundu. Sonra o, 2019-cu ildə Yevlaxda həyata keçirilən işlər barədə məlumat verərək bu uğurda rayonlarının da töhfəsi olduğunu qeyd edib.

Qeyd olunub ki, ötən il rayonda ümumdaxili məhsulun həcmi 675,5 milyon manat təşkil etmiş, bu da əvvəlki ildəkində 6 milyon manat və ya 0,9 faiz çox olmuşdur. Ümumdaxili məhsulun 13,6 milyon manatı sənaye, 97,7 milyon manatı kənd təsərrüfatı, 28,3 milyon manatı tikinti, 528,1 milyon manatı ticarət, 6,3 milyon manatı nəqliyyat, 1,5 milyon manatı rabitə müəssisələri tərəfindən əldə edilmiş, 990-ı daimi olmaqla 2408 iş yeri açılmışdır. İl ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 53 sahibkara 657,5 min manat güzəştli kredit verilmişdir.

2019-cu ildə rayonda 6630,6 hektar buğda, 5082,5 hektar arpa, 3337,6 hektar sahədə yonca əkilmiş, taxıl istehsalı əvvəlki ilə nisbətən 2,4 % artaraq 37427,1 ton olmuşdur. 2019-cu ildə iribuynuzlu mal-qaranın sayı artaraq 67656, xırdabuynuzlu mal-qaranın sayı 172909, quşların sayı 455844 baş olmuşdur. Ötən il rayonda 9001,8 ton ət, 37186,8 ton süd, 17890 min ədəd yumurta və 341 ton yun ishehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən çox olmuşdur.

Daha çox qarşıda duran vəzifələr, görüləcək işlər, həyata keçiriləcək sosial layihələrin müzakirə edildiyi hesabat yığıncağında bildirilib ki, bu aydan etibarən şəhərdə əsaslı təmirə ehtiyacı olan 35 yaşayış binası və qəzalı vəziyyətdə olan 15 binanın dam örtükləri mərhələli şəkildə təmir olunacaqdır.

Bu il həyata keçirilən "Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulmuşdur. Bununla əlaqədar şəhərin Heydər Əliyev prospekti, 10 ünvanındakı həyətdə əsaslı təmir-yenidənqurma işləri layihəsi hazırlanıb. Malbinəsi kəndində 92 ailənin məskunlaşdığı yeni yaşayış məhəlləsinin sakinləri üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Eyni zamanda 6 saylı bağçada yeni, müasir layihə əsasında əsasl təmir işlərinə başlanılıb. Müvafiq dövlət proqramına uyğun olaraq yaxın zaman kəsiyində rayonda 4 məktəbin yenidən tikilməsi, 4 məktəbin isə əsaslı təmiri planlaşdırılmışdır.

Yevlax şəhərinin daha da abadlaşması və gözəlləşməsi, buranın böyük şəhərlər səviyyəsinə çatdırılması məqsədilə mövcud istirahət parkları yenidən qurularaq təmir ediləcəkdir. Artıq Dədə Qorqud parkında təmir işlərinə başlanılıb və parkın ərazisi genişləndirilərək Kamil Sabitov küçəsinədək uzadılması nəzərdə tutulur. Bu il mərkəzdəki Kamil Sabitov küçəsi yenidən qurulacaq, burada yolun genişləndirilməsi, səkilərin bərpası, işıq dirəklərinin qoyulması nəzərdə tutulur.

Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədilə dövlət başçısı tərəfindən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir.

Yevlaxda pambıqçılığın, baramaçılığın, taxılçılığın, heyvandarlığın inkişafı üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. Aran qəsəbəsində şəkər zavodunun tikintisi, istixana kompleksinin və sənaye parkının yaradılması üçün torpaq sahələri ayrılmışdır. Bu obyektlərin işə düşməsi aqrar məhsulların istehsalının daha da artmasına təkan olmaqla, eyni zamanda, rayonda yeni iş yerlərinin açılmasına və məşğulluq məsələlərinin həllinə də böyük kömək olacaqdır.

Hesabat yığıncağında çıxış edənlər rayonda görülmüş işləri müzakirə edərək qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açıblar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov yığıncaqda çıxış edərək 2019-cu ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş nailiyyətlər haqda ətraflı məlumat verərək 2020-ci ildə yevlaxlılara böyük uğurlar arzuladı.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video