22 Fevral 2020 06:37
878
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 237, 238, 239, 18 fevral 2020-ci il tarixli 263, 264, 265, 266, 267, 268, 269 və 273 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


QƏRAR № 29/331


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Mehdiyev Fərhad Sovet oğlu, İsmayılov Toğrul Şahin oğlu, Həsənov Rəşid Cəmşid oğlu, vəkil edilmiş şəxs Manafova İnara Camaləddin qızı, səlahiyyətli nümayəndə Mirzəzadə Səyyad Rüstəm oğlu, məşvərətçi səs hüquqlu üzv Abidova Xədicə Bilal qızı, müşahidəçilər Atakişiyev Tural Həbib oğlu, İbrahimova Vəfa Adıgözəl qızı, Məmmədova Kəmalə Qaraş qızı, Səfərli Aytac Ramiz qızı və Nəsibov Murad Tahir oğlu 2020-ci il fevralın 17-də və 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətlərlə həmin seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/72, 22/73, 22/74, 22/75, 22/76, 22/77, 22/79, 22/80, 22/81, 22/84, 22/86 və 22/87 saylı qərarlarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və 21 saylı Nəsimi birinci seçki dairəsinin eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Müraciətlərdə göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə zəruri olan bütün məlumatların öyrənilməsi məqsədi ilə araşdırma müddəti Mərkəzi Seçki Komissiyasının 20 fevral 2020-ci il tarixli 28/316 saylı qərarı ilə artırılmışdır.

Namizədlər F.S.Mehdiyev, T.Ş.İsmayılov, R.C.Həsənov və digərləri müraciətlərində bildirmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə dairə üzrə əksər seçki məntəqələrində səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən lider namizədin xeyrinə səslər süni şəkildə artırılmış, müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolun surəti təqdim edilməmiş, 1, 7, 11, 13, 19, 21, 23 və 29 saylı seçki məntəqələrində qanun pozuntularına yol verilmişdir

Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər F.S.Mehdiyev, T.Ş.İsmayılov, R.C.Həsənov və digərləri 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, F.S.Mehdiyev, T.Ş.İsmayılov və R.C.Həsənovun səlahiyyətli nümayəndəsi komissiyanın iclasında iştirak etmişlər.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

21 saylı Nəsimi birinci seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarlarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizədlər F.S.Mehdiyev, T.Ş.İsmayılov, R.C.Həsənov və digərlərinin müraciətləri əsassız olduğu üçün təmin edilməməlidir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Sosial şəbəkələrdə paylaşılan video görüntülər öyrənilərkən seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir.

Hazırkı araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən, o cümlədən qeydə alınmış digər namizədlər Qasımova Pəri Vaqif qızı və Əliyev Kamran Yusif oğlundan müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, 21 saylı Nəsimi birinci seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamışdır.

Göstərilənlərə əsasən müraciətlər təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarları dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mehdiyev Fərhad Sovet oğlu, İsmayılov Toğrul Şahin oğlu, Həsənov Rəşid Cəmşid oğlu, vəkil edilmiş şəxs Manafova İnara Camaləddin qızı, səlahiyyətli nümayəndə Mirzəzadə Səyyad Rüstəm oğlu, məşvərətçi səs hüquqlu üzv Abidova Xədicə Bilal qızı, müşahidəçilər Atakişiyev Tural Həbib oğlu, İbrahimova Vəfa Adıgözəl qızı, Məmmədova Kəmalə Qaraş qızı, Səfərli Aytac Ramiz qızı və Nəsibov Murad Tahir oğlunun 17 fevral 2020-ci il tarixli 237, 238, 239 saylı və 18 fevral 2020-ci il tarixli 263, 264, 265, 266, 267, 268, 269, 273 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.

2. Dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/72, 22/73, 22/74, 22/75, 22/76, 22/77, 22/79, 22/80, 22/81, 22/84, 22/86 və 22/87 saylı qərarları dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

21.02.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video