21 Fevral 2020 22:41
571
SİYASƏT
A- A+

Küveytin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib


Fevralın 21-də Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 59-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azad edilməsinin 29-cu ildönümünə həsr olunduğunu bildirib. Səfir ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksəksəviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. O bildirib ki, ölkələrimiz arasında imzalanmış sazişlər ticarət, investisiya, turizm və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir. O, bu yaxınlarda Azərbaycan Prezidenti ilə Küveyt Baş Naziri arasında baş tutan görüşü xatırladıb. Diplomat əlavə edib ki, bu, ölkələrarası əlaqələri inkişaf etdirir.

Səfir vurğulayıb ki, ölkəsi Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır.

Xarici İşlər nazirinin müavini Ramiz Həsənov əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan Prezidenti və hökuməti adından təbrik edib. Nazir müavini bildirib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan R.Həsənov Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiklərini söyləyib.

Ramiz Həsənov deyib ki, Küveytin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini daim dəstəkləməsi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. İki ölkə arasında iqtisadi, turizm, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir.

O əlavə edib ki, ölkələr arasında 21-dən artıq hüquqi sənəd imzalanıb. Parlamentlərarası əlaqələr də daim inkişaf edir.

Qəbulda rəsmi şəxslər, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video