Alternative content

23:57 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Amerikalı alim: Ətrafda qiyamət qopur, Azərbaycanda isə sakitlikdir
Amerikalı alim: Ətrafda qiyamət qopur, Azərbaycanda isə sakitlikdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:21 21.02.2020

Mən Azərbaycana Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə gəlmişəm. Azərbaycan çox maraqlı ölkədir. Burada ilk dəfə 2004-cü ildə olmuşam. İndi ikinci dəfə səfər edirəm. Artıq 15 il keçib. Azərbaycan sürətlə inkişaf edir və daha da varlanıb. Budəfəki səfərimdə əhalinin əlvan mozaikasını daha yaxşı başa düşdüm və öyrəndim. Onların münasibəti çox nəzakətli və mehribandır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ariel Universitetinin professoru, Holokostu Öyrənmə Mərkəzinin direktoru Kiril Feferman Rusiya dağ yəhudilərinin "STMEGI.com” informasiya portalına eksklüziv müsahibəsində deyib. Azərbaycanın təkcə Qafqazda deyil, həm də bir çox digər ölkələr üçün örnək olduğunu vurğulayan K.Feferman deyib: "Burada millətlərarası münasibətlər harmonikdir. Ətrafda qiyamət qopur, Azərbaycanda isə sakitlikdir. Allah eləsin, belə vəziyyət sonsuzadək davam etsin. Mən bu dəfə Qubada (o cümlədən Qırmızı Qəsəbədə) və Xaçmazda oldum. Biz dağ yəhudilərinin və ləzgilərin necə yaşadıqlarına baxdıq. Çox maraqlı idi. Bir tarixçi və keçmiş sovet adamı kimi, bəzi mətləbləri bilirdim. Azərbaycanda yəhudi mədəniyyətinin dəyərlərindən çoxunu qoruyub saxlamaq mümkün olub”.
Alimin fikrincə, Azərbaycan ilə İsrail arasında tam bir sıra mühüm məsələlərə dair ümumi maraqlar mövcuddur. Elə bunun özü yaxınlaşma üçün ciddi amildir. O deyib: "Qayğısız keçmiş başqa bir məqamdır. İstər başqa dövlətlər, istərsə də başqa xalqlar arasında belə "kapitala” çox nadir hallarda təsadüf olunur. Fikrimi diplomatik dillə ifadə etsəm, münasibətlər yaxşıdır, lakin onların daha böyük inkişaf potensialı var... Mən bir tarixçi kimi, postsovet məkanında antisemitizm təzahürlərini müşahidə edirəm, fərdi və qrup səviyyələrində belə həyəcanlar bir çox ölkələrdə yaşanır... Antisemitizm ilə əlaqədar Azərbaycan barədə deməyə sözüm yoxdur. Ölkə təmiz vərəq kimidir və monitorinqlə məşğul olduğum bütün dövr ərzində bu ölkədə antisemitizm təzahürləri barədə heç nə eşitməmişəm. Bu, təkcə hökumətin siyasətinin deyil, - halbuki bu da mühüm elementdir, - həm də yerli əhalinin yetərincə tolerant olmasının təsdiqidir. Yekun nəticə, şəksiz ki, müsbətdir. Bu, həmçinin müdrik dövlət siyasətinin nəticəsidir”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM