21 Fevral 2020 16:57
530
DÜNYA
A- A+

Boliviyanın eks-prezidenti seçkilərə buraxılmadı

Boliviyanın eks-prezidenti Evo Morales özünün "Sosializmə doğru hərəkat” partiyasından parlamentin Senatorlar Palatasına namizədliyini irəli sürə bilməyəcək. Bu qərarı ölkədə seçki komissiyası rolunu oynayan Ali Seçki Məhkəməsi çıxarmışdır. Qərarda izah olunur ki, Morales ölkədə daimi yaşayış yeri olmadığından deputatlığa namizəd tələblərinə cavab vermir.

Prezident vəzifəsindən istefa verdikdən sonra Argentinada siyasi sığınacaq almış Morales Ali Məhkəmənin mövqeyini tənqid etmişdir. O, məhkəmənin qərarını "demokratiyaya zərbə” kimi qiymətləndirmiş və namizəd kimi "bütün tələblərə cavab verdiyini” bildirmişdir.

Ötən ilin dekabrında Boliviyada prezident seçkiləri keçirilmişdir. Ali Seçki Məhkəməsi dövlət başçısı Evo Moralesin artıq birinci turda qələbə qazandığını elan etmişdir. Hökumətin mövqeyi ölkədə kütləvi etiraz aksiyalarına səbəb olmuş və bunun fonunda noyabrın 10-da Morales istefaya getmişdir. Boliviyanın keçid hökuməti Moralesi terrorizmdə və kütləvi iğtişaşlara təhrikdə ittiham etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video