21 Fevral 2020 16:57
622
DÜNYA
A- A+

Koronavirus atmosferə tullantıları azaldıb

Planet rahat nəfəs alır

Koronavirusla mübarizə aparan Çin karbon qazı tullantılarını 25 faiz azaltmışdır. Alimlərin dediyinə görə, bunun səbəbi sənaye istehsalının ləngiməsi və enerjidən istifadənin azalmasıdır.

İlin əvvəlindən bəri dünyada ən mühüm hadisəyə çevrilmiş koronavirus epidemiyası Çində iki mindən çox adamın ölümünə, böyük iqtisadi zərərə və ölkənin nəqliyyat təcridinə səbəb olmuşdur. Lakin planetin ekologiyası nöqteyi-nəzərindən yeni tipli virusun epidemiyası gözlənilməz və təəccüblü müsbət nəticələrə gətirib çıxarmışdır. Məlum olmuşdur ki, Çində elektrik enerjisindən istifadənin azalması və sənaye istehsalının tənəzzülü karbohidrogen yanacağının yandırılmasının və bunun nəticəsi kimi atmosferə atılan zərərli tullantıların azalmasına səbəb olmuşdur. Bu qənaət Finlandiyanın atmosferin çirklənməsi məsələləri ilə məşğul olan "Centre for Research on Energy and Clean Air” müstəqil şirkətinin mütəxəssisi Lauri Millivirtanın tədqiqatında yer almışdır.

Tədqiqat zamanı Çində koronavirusun yayılması fonunda aşağı düşmüş bir neçə iqtisadi indikator təhlil edilmişdir. Məsələn, ölkənin elektrik stansiyalarında kömürün yandırılması dördillik minimuma, Şandun əyalətində zavodlarda neftayırmanın həcmi isə 2015-ci ildən bəri minimuma düşmüşdür. Poladəritmənin həcmi beşillik minimuma çatmış, NO2 azot dioksidi tullantıları ötən ilin analoji dövrü ilə müqayisədə 36 faiz azalmışdır.

Eyni zamanda daxili aviasiya daşınmalarının həcmi 70 faiz aşağı düşmüşdür.

Ümumilikdə epidemiyanın fəsadları ilə mübarizəyə yönəlmiş tədbirlər Çin sənayesinin əsas sahələrində 15-40 faiz azalmaya gətirib çıxarmışdır. Ölkə miqyasında bu, son iki həftə ərzində atmosferə karbohidrogen tullantılarının 25 faiz azalması deməkdir. Adətən, bu müddətdə Çin sənayesi ənənəvi Yeni il tənəzzülündən sonra bərpa olur.

Fin mütəxəssisinin hesabatında qeyd olunur ki, 2019-cu ilin analoji dövründə Çin atmosferə 400 milyon ton karbon qazı atmışdır. Bu o deməkdir ki, virus emissiyanı 100 milyon ton azaltmışdır.

Eyni zamanda ekspertlər əmindirlər ki, vəziyyətin sonrakı inkişafı Çin hökumətinin qəbul edəcəyi tədbirlərdən asılı olacaq. Əgər iqtisadiyyat tezliklə özünə gələ bilsə, ilin yekunlarına görə iqtisadi zərər və tullantıların azaldılması çox da gözəçarpan olmayacaq.

"Greenpeace” təşkilatının Çindəki bölməsinin əməkdaşı Li Şonun fikrincə, virus "sakitləşdikdən” sonra güman ki, "növbəti çirklənmə” müşahidə olunacaq. Belə ki, fabriklər şatdaun dövründə itirdiyini kompensasiya etmək üçün istehsalını maksimuma çatdıracaq.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video