21 Fevral 2020 16:39
554
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb


Fevralın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qəbul zamanı S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə sahəsində aparılan islahatlar, aktiv sosial müdafiə və məşğulluq proqramlarının genişləndirilməsi, yeni DOST mərkəzlərinin, reabilitasiya müəssisələrinin yaradılması, sosial təminat sisteminin innovativ əsasda təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə vətəndaşlara məlumat verib. Nazir, eyni zamanda, sosial layihələrin, eləcə də ünvanlı sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması, ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi üçün müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

Vətəndaşlar qəbul zamanı məşğulluq, özünüməşğulluq proqramı və peşə hazırlığına cəlbedilmə, əlilliyin qiymətləndirilməsi, reabilitasiya, sosial təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə hər bir müraciətlə bağlı müvafiq tədbirlər görülüb. Bir sıra vətəndaşların işlə təminatı məqsədilə onlara vakant iş yerlərinə göndərişlər verilib, eləcə də ödənişli ictimai işlərə cəlb edilmələri tapşırılıb.

Habelə ayrı-ayrı vətəndaşların özünüməşğulluq proqramına, peşə hazırlığına, sosial xidmətlərə cəlb edilmələri üçün müvafiq işlərin aparılması qərara alınıb. Əlilliyin qiymətləndirilməsi, sosial təminat və s. ilə bağlı müraciətlərdə qaldırılan bəzi məsələlər araşdırılması üçün qeydiyyata götürülüb.

S.Babayev Hacıqabul rayonunda özünüməşğulluq proqramının iştirakçıları ilə də görüşüb, proqram çərçivəsində onlar üçün yaradılmış kiçik müəssisələrə (istixana, qapı-pəncərə sexi, şirniyyat sexi və s.) baxış keçirib. Proqram iştirakçıları kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, bu imkandan səmərəli istifadə edərək müəssisələrini inkişaf etdirmək əzmində olduqlarını bildiriblər.

Son bir ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayonunda 133 aztəminatlı ailəyə lazımi mal və materiallar verilməklə onlar üçün kiçik müəssisələr yaradılıb. Eyni zamanda, rayonda ötən il 1000-ə yaxın şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən münasib işlə təmin edilib, "İşsizin DOSTu” proqramı çərçivəsində rayonda 350 işsiz və işaxtaran şəxsin isə ödənişli ictimai işlə təminatı həyata keçirilib.

Bu gün, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Saatlı rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Şirvan şəhərində vətəndaşları fərdi qaydada qəbul ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video