21 Fevral 2020 16:18
677
CƏMİYYƏT
A- A+

Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib


Fevralın 21-də YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvlərinin iştirak etdiyi toplantıda əvvəlcə Yeni Azərbaycan Partiyasının könüllülərinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanın sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu siyasətinin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Öz növbəsində, Azərbaycan gəncləri də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Ən əsası, Azərbaycan gəncləri ölkəmizin milli maraqlarının keşiyində durublar, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

S.Orucov deyib ki, bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. O qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqətin göstərilməsidir. "Könüllülük insanları vahid məqsəd ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatlardan biridir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində könüllülər hərəkatına böyük önəm verilir. Dövlətimizin başçısı tərəfindən 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan olunması bunun bariz ifadəsidir”,- deyə S.Orucov vurğulayıb.

YAP Gənclər Birliyinin sədri partiyanın gənclərinin də könüllülər hərəkatında və çoxsaylı layihələrdə fəal iştirak etdiyini diqqətə çatdırıb. S.Orucov bu prosesdə partiyanın rəhbərliyinin gənc könüllülərə lazımi dəstək verdiyini söyləyib.

Tədbirdə, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov, YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Turanə Məmmədzadə, YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədr müavini İnci Əhmədzadə və YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alcansoy çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan olunmasının əhəmiyyətini bildirib, YAP könüllülərinin fəaliyyətindən ətraflı bəhs ediblər.

Sonda YAP-ın könüllüləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video