21 Fevral 2020 16:05
1830
Elm və texnika
A- A+

Ədəbiyyat İnstitutunda beynəlxalq konfrans: Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi


Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunan "Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti tərəfindən təşkil edilib.

Konfrans iştirakçıları əvvəlcə Əlişir Nəvainin Bakıda ucaldılmış heykəli önünə güllər qoyublar.

Sonra Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi açılıb.

Konfransı giriş sözü ilə AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bu tədbirin iki qardaş ölkənin elmi-mədəni əlaqələrinin inkişafına bir töhfə olduğunu bildirib.
Akademik İsa Həbibbəyli qədim yaradıcılıq ənənələrinə malik özbək ədəbiyyatının əsas xüsusiyyətlərindən bəhs edib, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi haqqında geniş məlumat verib. Vurğulayıb ki, Əlişir Nəvainin heykəlinin Bakıda ucaldılması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafına bir nümunədir.

AMEA-nın I vitse-prezidenti iki xalqın ədəbiyyatının qarşılıqlı tədqiqinə və ədəbi əlaqələrin daha da inkişaf etməsinə imkanlar yaratması baxımından konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirin işinə uğurlar arzulayıb.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şuxrat Sirojiddinov dahi şair Əlişir Nəvainin Şərq ədəbiyyatındakı mövqeyindən danışıb.

Professor Şuxrat Sirojiddinov Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib. O, fəxri doktor seçilməsinin ümumilikdə Özbəkistan alimlərinə verilən dəyərin rəmzi ifadəsi olduğunu diqqətə çatdırıb.

Konfransda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli "Böyük özbək şairi Əlişir Nəvai haqqında söz”, filologiya üzrə elmlər doktoru, Müqumi adına Kokand Dövlət Pedaqoji Universitetinin fəxri professoru Almaz Ülvi "Əlişir Nəvai və Azərbaycan” mövzularında məruzə ediblər.

Tədbirdə Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayevin "Əlişir Nəvai yaradıcılığı və müasir özbək şeiri”, həmin qurumun Ədəbi tənqid bölməsinin müdiri, filologiya elmləri doktoru, professor Nurbay Cabbarovun "Əlişir Nəvai və dil saflığı məsələləri”, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru, filologiya elmləri doktoru Bokijon Tuxliyevin "Əlişir Nəvai tuyuq janrı haqqında” mövzularında məruzələri dinlənilib.

Konfrans davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video