21 Fevral 2020 13:18
785
Mədəniyyət
A- A+

Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 21-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yardımlı rayonunda, nazir müavini Rafiq Bayramov isə Cəlilabad rayonunda vətəndaşlarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Yardımlıda sakinlərlə görüşündən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə tər çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Daha sonra Vaqif Əliyev Heydər Əliyev Mərkəzində Yardımlı rayonundan olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən mədəniyyət sahəsində aparılan islahatların davamı olaraq kəndlərdə mədəniyyət mərkəzlərinin tikilməsi, tanınmış şair və yazıçılarla bölgələrdə oxucuların görüşlərinin təşkili, kitabxanalara yeni nəşrlərin verilməsi ilə bağlı müraciət ediblər.

Vətəndaşlar, həmçinin Yardımlı Rayon Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi, Heydər Əliyev Mərkəzinin ştat strukturunun təkmilləşdirilməsi, musiqi məktəbinə yeni alətlərin verilməsi, fəxri ad, işlə təmin olunma və digər məsələlərlə bağlı Vaqif Əliyevə müraciətlərini çatdırıblar.

Nazir müavini Rafiq Bayramovun Cəlilabad rayonunda vətəndaşlarla görüşündən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzərək xatirəsi ehtiramla anılıb.

Cəlilabad sakinləri ilə Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göytəpə şəhər yeddiillik Musiqi Məktəbi üçün yeni binanın tikilməsi, rayon ərazisində yerləşən və qeydiyyata götürülməmiş tarixi abidələrin dövlət tərəfindən mühafizə olunan tarix mədəniyyət abidələri siyahısına salınması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciətlər səsləndirilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi hər iki görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video