Alternative content

14:07 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Böyük himayədar, səmimi dost
Böyük himayədar, səmimi dost
ANA SƏHİFƏ / SİYASƏT
05:21 21.02.2020


Məcburi köçkünlərin sosial problemlərinin həlli Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir


Ölkəmizdə əhalinin həssas təbəqəsi kimi qaçqın və məcburi köçkünlərə göstərilən qayğı daim yüksələn xətt üzrə inkişaf etməkdə, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində yeni mühüm tədbirlər həyata keçirilməkdədir.

Sözügedən proses Mehriban xanım Əliyevanın 3 il öncə Birinci vitse-prezident təyin olunmasından sonra daha geniş vüsət almağa başladı.

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin effektiv həlli hər zaman əsas istiqamətlərdən birini təşkil edib.

Bunun real təsdiqi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından sonra əsas diqqəti məhz qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltməsidir.


Uğurlu nümunə


Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın 2017-ci il martın 9-da ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin qəzalı binalardan köçürülməsinə həsr etməsi deyilənlərin bariz nümunəsidir. Mehriban xanım Əliyevanın 2019-cu ilin avqustun 26-da, məhz doğum günündə bir qrup məcburi köçkünlə görüşməsi də onun bu insanlara diqqət və qayğısını təsdiqləyən növbəti reallıqdır.

Günün gerçəkliyi budur ki, Azərbaycanda xeyirxahlıq fəaliyyətinin inkişafı məhz Mehriban xanımın rəhbəri olduğu Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Belə ki, Heydər Əliyev Fondu fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi qayğının təzahürüdür. Ölkənin müxtəlif yerlərində qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 106 qəsəbə və şəhərcik salınıb. 106-cı "Qobu Park-2” yaşayış kompleksidir. Bu kompleksin inşası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Yəni bu istiqamətdə atılan mühüm addımlardan danışarkən ilk növbədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri vurğulamaq lazımdır.

Artıq Bakının Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib.

Qeyd olunanlar bir daha bu reallığı ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bu məqama toxunan Mehriban xanım Əliyeva qeyd edir: "...İndiki mərhələdə digər yerlərdə - yararsız binalarda, yarımçıq tikilmiş binalarda, yataqxanalarda, pansionatlarda, uşaq bağçalarında müvəqqəti məskunlaşmış soydaşlarımızın vəziyyəti yaxşılaşdırılmalıdır. İlk mərhələdə ən ağır vəziyyətdə yaşayan insanlar yeni mənzillərə köçürülməlidir. Bundan sonra ardıcıl olaraq digər qaçqın və köçkün ailələrinin yaşayış vəziyyəti yaxşılaşdırılmalıdır. Biz bunun üçün çalışırıq və çalışacağıq. Mən əminəm ki, Azərbaycan dövləti bu problemi öz gücü ilə həll edəcək. Bildiyiniz kimi, Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir... Azərbaycan Prezidenti İlham Əliyev üçün Azərbaycanın və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür və biz bu yoldan dönməyəcəyik”.

Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binaları da istifadəyə verilib. Ötən il oktyabrın 8-də isə "Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.


Ağdama son 4 ildə 3 səfər


Ağdamdan olan məcburi köçkünlər də həmişə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayığısını öz üzərlərində hiss ediblər. Mehriban Əliyevanın Ağdama, cəbhəyanı ərazilərə səfərləri hər zaman qaçqın və məcburi köçkünlərin böyük qayıdışa inamını daha da gücləndirib. Rayonun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, Olimpiya İdman Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq Meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb, kəndlərarası avtomobil yolları yenidən qurulub, 39 ümumtəhsil məktəbi istifadəyə verilib. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri həyata keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva son 4 ildə Ağdama 3 dəfə səfər ediblər. Bu səfərlərdə ağdamlılar dövlət başçısına möhtəşəm dəstəyini, birmənalı bağlılığını, Mehriban xanım Əliyevaya isə güclü etimadını yenə də nümayiş etdiriblər. Hər bir səfər ağdamlıların həyatında, xatirələrində silinməz izlər qoyub.

Dörd il öncə, 2016-cı ildə cəbhədə gərginliyin yarandığı bir zamanda həyatlarına təhlükə ola biləcəyini bilə-bilə Mehriban xanım Əliyeva ilə birlikdə Ağdama səfər edən Prezident İlham Əliyev ağır günlərdə əhalinin yanında olub, onlara təsəlli verərək bir daha öz dəstəklərini nümayiş etdirdilər. Bu səfər insanlarda inam, dəyanət hissini, əsgərlərimizdə isə döyüş əzmini qat-qat artırdı.

Xatırladaq ki, aprel döyüşləri zamanı Ermənistan silahlı birləşmələrinin atdığı mərmilər nəticəsində Ağdamda 743 ev dağıdılmışdı. Dövlət başçısı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan vəsait ayırdı. Cəmi 6-7 ay ərzində dağıdılmış evlər yenidən quruldu və 2016-cı il dekabrın 3-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yenidən Ağdam rayonuna səfər edərək Mahrızlı kəndində tikilən həmin evlərdə yaradılan şəraitlə tanış oldular. Rayon ictimaiyyəti ilə görüşdə İlham Əliyev bunu aparılan siyasətin təzahürü adlandırdı və cəmi 6-7 ay ərzində görülən işləri dövlətin gücünün göstəricisi kimi qiymətləndirdi. Dövlət başçısı bəyan etdi ki, Ağdamın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yenidən qurulan bu evlərin timsalında güclənən Azərbaycan və onun mətin vətəndaşı görünür.


Məcburi köçkünlərin dayağı


2018-ci il noyabr ayının 5-i isə Ağdamda yeni bir tarix yazıldı. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva cəbhə bölgəsinə səfər edərək növbəti dəfə ağdamlılara öz dəstəklərini nümayiş etdirdilər. Rayon əhalisi bir daha əmin oldu ki, İlham Əliyev və Mehriban Əliyeva onların birmənalı himayədarlarıdırlar.

Bu bir həqiqətdir ki, Ağdam hər zaman Qarabağ muğam mədəniyyətinin məkəzlərindən biri hesab olunub. Ərazisinin böyük hissəsi işğala məruz qalsa da, ötən illər ərzində muğam sənətini özünə və yaşamına dayanıqlı bir istinad nöqtəsi seçən Ağdamın görkəmli musiqiçiləri Qarabağ muğam məktəbi adlı tarixi ənənəni yaşatmaqda davam edirlər. Mehriban xanım Əliyevanın bu işdə əvəzsiz xidmətləri var. Fondun dəstəyi ilə Qarabağda üçüncü mərkəz 2018-ci ilin noyabrında Ağdamda açıldı. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak edərək bu işə öz dəyərli töhfələrini verdilər. Ağdam rayonunun ziyalılarının, incəsənət xadimlərinin iştirak etdiyi mərasimdə bildirildi ki, Muğam Mərkəzinin tikilməsi Mehriban xanım Əliyevanın bölgəyə olan böyük diqqət və qayğısının təzahürüdür. Muğam sənətimizi yaşadan, dünyaya tanıdan Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər əvəzsizdir.

Ağdama son səfərləri çərçivəsində dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Azərxalça”nın Ağdam filialınının və "Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Qarabağ Atçılıq Kompleksinin açılışında da iştirak ediblər.

Bütün bunlar məcburi köçkünlərə yüksək qayğının real təsdiqi olmaqla yanaşı, onların doğma torpaqlara qayıdacaqları günə olan əminliklərini də artırır. Ağdamdan olan məcburi köçkünlər onlara yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirir və onların ətrafında sıx birləşdiklərini bəyan edirlər.

Vasif HƏSƏNOV,

YAP Ağdam Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM