Alternative content

16:04 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 258 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 258 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
05:17 21.02.2020


Qərar № 28/312


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə qeydə alınmış namizədlər Zeynalova Sitarə Mehdi qızı və Səfərov Ramil Mürşüd oğlu 2020-ci il fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 15/41 saylı qərarını mübahisələndirmiş, seçki dairəsi üzrə səsvermənin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi üçün adı çəkilən seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizədlər S.M.Zeynalova və R.M.Səfərov müraciətlərində 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin, məntəqələrin səsvermə gününə hazırlıqla bağlı düzgün təşkil edilmədiyini, müşahidəçilərin hüquqlarının pozulduğunu, adları seçici siyahılarında olmayan seçicilərin səs verdiyini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradıldığını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını, səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, protokolların surətlərinin əksər seçki məntəqələrində müşahidəçilərə verilmədiyini iddia edərək dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 15/41 saylı qərarının və səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Ərizəçilər müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 2 elektron məlumat daşıyıcısı və 6 aktın kserosurətini əlavə etmişlər.

Namizədlər S.M.Zeynalova və R.M.Səfərov müraciətlərini onunla əsaslandırırlar ki, yuxarıda qeyd olunanlarla əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Həmçinin, dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir. 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, 1, 3, 4, 5, 6, 8, 11, 12. 14, 18, 19, 24, 25, 28, 29 və 30 saylı seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd S.M.Zeynalovanın müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir.

Araşdırma ilə əlaqədar sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar yalnız 8 saylı seçki məntəqəsində müşahidə edilmişdir ki, bu da seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməli və həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamışdır. Araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif maraqları təmsil edən müşahidəçilərdən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, qeydə alınmış namizədlər S.M.Zeynalova və R.M.Səfərovun müraciətdə iddia etdikləri qanun pozuntuları öz təsdiqini tapmamış və bu səbəbdən dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir.

Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, seçki dairəsinin 8 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və dairə seçki komissiyasının qərarının həmin seçki məntəqəsinə aid hissədə ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə qeydə alınmış namizədlər Zeynalova Sitarə Mehdi qızı və Səfərov Ramil Mürşüd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 258 saylı müraciəti qismən təmin edilsin, 8 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 15/41 saylı qərarı 8 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

20.02.2020



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM