Alternative content

21:37 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DOST beynəlxalq müsabiqədə birinci olub
DOST beynəlxalq müsabiqədə birinci olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:30 22.02.2020


Rusiyanın "Şimal-Cənub” Politologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Xəzər Könüllülük Məktəbi”nin birinci iclası və "Xoşməramlı meridianlar” müsabiqəsinin final mərhələsi keçirilib.

Final mərhələsində könüllülük fəaliyyəti üzrə Xəzəryanı dövlətlərin ən yaxşı təcrübələrindən ibarət 25 layihə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Azərbaycanı təmsil edən DOST Agentliyinin "DOSTTALKS” layihəsi "İlin layihəsi” seçilərək 1-ci yerə layiq görülüb və müsabiqənin qalibi olub. Qazaxıstanı təmsil edən "Sputnik” layihəsi 2-ci, Rusiyanı təmsil edən "Tom Soyer Fest” layihəsi isə 3-cü yeri tutublar.

DOST Agentliyinin bu növbəti uğuru "Könüllü DOST” proqramının könüllülük hərəkatında fəal iştirakına əsaslanır. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük hərəkatının daha geniş miqyas almasına şərait yaradıb. DOST Agentliyi də bu sahədə mühüm rolu ilə seçilir.

"Könüllü DOST” proqramına 9600-dən çox müraciət olunub və ötən dövrdə bu proqram üzrə 300 könüllü DOST mərkəzlərinə cəlb edilib. Onlar bu mərkəzlərdə dövlət sosial xidmətlərinin "bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. "Gənc DOST” proqramı üzrə çalışan gənc könüllülərlə, o cümlədən sağlamlıq imkanları məhdud gənclərlə bərabər, 60-75 yaşlarında bir qrup pensiyaçı da "Gümüşü DOST” proqramı əsasında könüllülər komandasına qoşulub.

DOST könüllülərindən bir qismi artıq DOST mərkəzlərinin əməkdaşları kimi fəaliyyət göstərirlər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM