Alternative content

04:13 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Maliyyə-bank sektorunda inkişaf potensiallı sistem formalaşır
Maliyyə-bank sektorunda inkişaf potensiallı sistem formalaşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:29 22.02.2020


Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasət çərçivəsində son üç ildə aparılan institusional islahatlar, toksik aktivlərin sağlamlaşdırılması, problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması, nağdsız dövriyyənin və rəqəmsallaşmanın dəstəklənməsi, bütövlükdə makroiqtisadi sabitliyin təmin edilməsi ilə maliyyə-bank sektoruna yeni nəfəs verilib.

Nəticədə ötən il bank sektorunun kredit portfeli genişlənmiş, mənfəəti, aktiv və əmanətləri, balans kapitalı artmış, xarici borcu azalmışdır. Bank sektorunun xalis mənfəəti də son bir ildə daha iki dəfə artmış, dollarlaşma kreditlərdə 38 faizdən 35, fiziki şəxslərin əmanətlərində isə 63 faizdən 54 faizə enmişdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, ötən il manatın dövriyyə sürəti 6 faiz azalmışdır: "Əgər pul kütləsi artırsa, pulun dövriyyə sürəti də azalmalıdır ki, tarazlığı təmin olunsun. Samuelson və Fridman belə bir mülahizə irəli sürmüşlər ki, uzunmüddətli dönəmdə pulun dövriyyə sürəti real gəlirin artımı həddində aşağı düşməklə tənzimləyici təsir göstərir.

Azərbaycanda pul tədavülü qanununun bu tələbi qorunmuşdur. Əks halda ÜDM-in artımı şəraitində inflyasiya sürətlənə bilərdi”.

Ötən il real sektora yönəldilən kreditlərin sahələr üzrə xüsusi çəkisində ev təsərrüfatları, ticarət və ictimai iaşənin önə çıxdığını deyən icraçı direktor bu iki sahəyə ayrılan kreditin həcminin ümumi kredit portfelinin 60 faizini təşkil etdiyini nəzərə çatdırır: "Xüsusən ev təsərrüfatlarına ayrılan kreditlər ilk dəfə olaraq portfelin yarısına yaxınlaşır. Nəzərə alanda ki, 2019-cu ildə əhalinin nominal gəlirləri də 7,4 faiz artıb, onda tələbin sürətlə artmasının şahidi olarıq. Tələbin sürətlə artması fonunda qeyri-neft iqtisadiyyatı da uyğun artım tempi göstərməlidir ki, idxal sürətlənməsin”.

Kredit portfelinin miqyası və strukturunun səmərəliliyindən danışan V.Qasımlı deyir: "Əgər Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edirsə, dünya üzrə bu göstərici 130, o cümlədən Avropa və Mərkəzi Asiya üzrə 91 və Azərbaycanın da daxil olduğu yuxarı orta gəlirli ölkələrdə 123 faizdir. Amma unutmayaq ki, xaricdə kredit qoyuluşlarından əlavə, həm də qiymətli kağızlar bazarından sərmayə cəlb olunur. Deməli, Prezidentin vurğuladığı kimi, Azərbaycanda kredit portfelinin böyüməsi və maliyyə dərinliyinin artması üçün geniş imkanlar var”.

Məlumdur ki, Azərbaycanda kredit faizlərinin aşağı salınması və daha sağlam kredit ekosisteminin qurulması üçün qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən üç vacib mexanizmdən istifadə olunmuşdur. Onlardan biri daşınan əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılmasıdır ki, bu da daşınmaz əmlakı olmayan sahibkarların da dövriyyə vəsaitlərini girov qismində təqdim edərək kredit almalarına imkan yaradır. İkincisi, dünyada uğurla sınaqdan çıxmış kredit zəmanəti mexanizminin yaradılmasıdır. Üçüncü mexanizm isə kredit bürolarının yaradılmasıdır ki, bu da ümumilikdə ölkədə kredit məlumatlarının mübadiləsi sisteminin inkişafına, şəffaf hesabatlılıq sisteminin qurulmasına və banklarda elektron xidmətlərin tətbiqinə imkan verir. V.Qasımlı qeyd edir ki, bu üç mexanizmin funksionallığının daha da artırılması zəruridir.

Müəllif həmçinin vurğulayır ki, Azərbaycanda bankların depozit bazasından asılılığı yüksək səviyyədədir: "Bu asılılığın azaldılması və diversifikasiya kanallarının genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi vacibdir. Ötən il bankların cəlb etdikləri hər 100 manatın 70 manatdan çoxu depozitlərin payına düşmüşdür. Halbuki 2016-cı ildə həmin göstərici 57 manat civarında olmuşdur. Göründüyü kimi, son 3 il ərzində depozitlərin bank resurslarında xüsusi çəkisi artmışdır. Bu vəziyyət bankların bir mənbədən - depozitlərdən yüksək asılılığını göstərir. Üstəlik ümumilikdə 25 milyard manatlıq depozitlərin 55 faizi tələb olunanadəkdir. Halbuki bankların manatla verdiyi kreditlərin 83, xarici valyuta ilə verdiyi kreditlərin 76 faizi uzunmüddətlidir. Buna görə də bankların alternativ mənbələrdən, o cümlədən xarici bazarlardan və Mərkəzi Bankın yenidən maliyyələşmə resurslarından istifadəsinin genişlənməsi lazımdır”.

Məlum olduğu kimi, kreditin "maya dəyəri”nə oturan digər maddə əməliyyat xərcləridir. Bu sıraya işçilərin və filialların saxlanılması, kredit qərarının verilməsi ilə bağlı və s. xərclər daxildir. V.Qasımlı bildirir ki, banklarda maliyyə texnologiyaları və institutsional islahatlar tətbiq edilməklə əməliyyat xərcləri azaldıla, həmçinin ölkənin informasiya təhlükəsizliyi maraqları nəzərə alınmaqla beynəlxalq miqyasda tanınmış kredit bürolarının imkanlarından istifadə nəzərdən keçirilə bilər: "Bir sözlə, bu gün bank sektorunda likvidlik izafi də olsa, qeyri-bərabər paylanıb və bahalıdır. Odur ki, bank tənzimlənməsi daha çox bazar mexanizmini, rəqabət mühitini və beynəlxalq maliyyə bazarları ilə daha dərindən inteqrasiyasını əsas götürərək həyata keçirilməlidir”.

Azərbaycanda qiymətli kağızlar bazarının inkişafından danışan V.Qasımlı deyir ki, keçən il Bakı Fond Birjasının illik ticarət dövriyyəsi üzrə ümumi əqdlərin dəyəri 14 milyard manat və ya ÜDM-in 17 faizi həcmində olub: "Azərbaycanda Bafet indikatorunun (qiymətli kağızlar bazarının həcminin ÜDM-ə nisbətini bəzən məşhur milyarder Uorren Bafetin şərəfinə Bafet indikatoru da adlandırırlar) 50 faizdən az olması onu göstərir ki, bizim qiymətli kağızlar bazarını inkişaf etdirmək üçün geniş imkanlarımız var. Hərçənd Azərbaycanın maliyyə bazarında, Avropada olduğu kimi, aparıcı institutlar banklardır. Hazırda bizim qiymətli kağızlar bazarının 80 faizdən çoxu dövlətin qiymətli kağızlarıdır. Bundan əlavə, Azərbaycanda indi yığım səviyyəsi çox yüksəkdir. Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda yığımın ÜDM-ə nisbəti 33 faiz olmaqla dünyanın orta göstəricisini (25 faiz), habelə Avropa və Mərkəzi Asiya ölkələrini (24 faiz) və bütün postsovet dövlətlərini geridə qoymuşdur. Göründüyü kimi, yığımın qiymətli kağızlar bazarı üzərindən iqtisadiyyatın real sektoruna cəlb edilməsi imkanlarımız böyükdür. Amma bunun üçün Azərbaycanda investisiya şirkətləri, investisiya fondları, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları, dilerlər və beynəlxalq maliyyə təşkilatlarının qiymətli kağızlar bazarında aktivliyi artmalıdır”.

Kiçik və orta biznesin (KOB) maliyyələşməsinin əhəmiyyətindən söhbət açan V.Qasımlı deyir ki, hazırda dünyada biznesin 90 faizini və iş yerlərinin 50 faizini KOB-lar təmin edir. İnkişaf edən ölkələrin iqtisadiyyatının isə 40 faizi KOB-lara aiddir. Dünyada 2030-cu ilə qədər yaranacaq 600 milyon iş yeri ehtiyacının əsasən KOB-lar tərəfindən ödəniləcəyi gözlənilir. Prezident İlham Əliyev dünyadakı bu trendə uyğun olaraq, Azərbaycanda KOB-ların inkişafını prioritet kimi elan etmişdir. Dünya Bankının hesablamalarına görə, bütün dünyada KOB-ların əsas çətinliyi maliyyəyə çıxışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin də dəstək verdiyi və OECD-nin hazırladığı "Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsi” tədqiqatını 2018-ci ildə Parisdə müzakirə etmişdir. Bu tədqiqatda Azərbaycanda KOB-un maliyyələşdirilməsi sahəsində maraqlı nəticələr və tövsiyələr əldə olunmuşdur.

"Xarici maliyyələşdirmə KOB-lar üçün əməliyyatlarını genişləndirməyə, avadanlıqlarını modernləşdirməyə və yeni bazarlara çıxışlarına imkan verən vacib resursdur. Lakin yüksək riskli profillər və məhdud kredit tarixçələrinin olması səbəbindən KOB-lar tez-tez ciddi girov tələbləri və yüksək faiz dərəcələri ilə üzləşirlər ki, bu da onlar üzərində kredit məhdudiyyətinin qoyulmasına səbəb olur”, - deyən icraçı direktorun sözlərinə görə, bank kreditləri KOB-lar üçün ən geniş yayılmış xarici maliyyələşmə üsulu olsa da, bir sıra alternativ maliyyələşdirmə alətləri (aktivlərə əsaslanan maliyyələşdirmə, səhmdar kapitalının maliyyələşdirilməsi, alternativ borc alətləri və s.) də mövcuddur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni yaranmasına baxmayaraq, KOB-un inkişafı istiqamətində çox işlər görür. Bu baxımdan Azərbaycanda kiçik və orta biznesin inkişafı fondlarının fəaliyyəti xüsusi qeyd edilməlidir. Həmin fondların məqsədi KOB-ların inkişafı və onların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunmasıdır. Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, İnnovasiyalar Agentliyi və EnterpriseAzerbaijan.com da KOB-ların maliyyə mənbələrinə çıxışına dəstək verirlər.

Bütün bunlara diqqət çəkən V.Qasımlı vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin maliyyə-bank sektorunda daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanmış, effektiv tənzimləmə və güclü infrastruktur elementləri ilə əhatə olunmuş, inkişaf potensiallı sistem formalaşır.


Raqif MƏMMƏDLİ,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM