21 Fevral 2020 02:28
825
İQTİSADİYYAT
A- A+

Məqsəd qabaqcıl mövqeyi qoruyub saxlamaqdır


"Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası cəbhə bölgəsi olan Tərtər rayonunda sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, əhalinin rifah halının daha da yaxşılaşmasına öz müsbət təsirini göstərməkdədir.

Dövlət proqramının arxada qalan bir ili rayon iqtisadiyyatının yüksəlişində mühüm inkişaf mərhələsi kimi artıq tarixə çevrilmişdir. Keçən il təsərrüfat, tikinti, abadlıq-quruculuq işləri uğurla davam etdirilmiş, kənd təsərrüfatı məhsulları istehsalında böyük nailiyyətlər qazanılmışdır.

2019-cu ildə rayonda "Dövlət rəmzləri” müzeyi, Olimpiya İdman kompleksi, Xalça istehsalı emalatxanası, Su-Kanal İdarəsinin inzibati binası inşa edilmiş, mövcud yol infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Aqrar rayon olan Tərtərdə keçən il kənd təsərrüfatı məhsullarının istehsalı 7,5, sənaye məhsullarının istehsalı 7,2, informasiya və rabitə xidmətlərinin həcmi 14,6, nəqliyyat xidmətlərinin həcmi 2,9 faiz artmışdır. Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 21,9 milyon manat təşkil etmiş, onun 91,2 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 1,6 milyon manatı rayonun yerli sahibkarları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə xərclənmişdir. Nəticə etibarı ilə rayon üzrə orta aylıq əməkhaqqı 2018-ci ilə nisbətən 26,3 faiz artaraq 340,8 manat təşkil etmişdir. İl ərzində 907-si daimi olmaqla 1796 yeni iş yerləri açılmışdır.

Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək sahəsində tapşırıq və tövsiyələrinə əməl edən Tərtər fermerləri keçən il kənd təsərrüfatı bitkilərinin əkin sahəsini əvvəlki illə müqayisədə 744 hektar artırmışlar. Bu addım rayonun təsərrüfatlarında əkin sahələrinin suvarma suyu ilə təminatında ciddi problemlərin mövcud olduğu bir şəraitdə atılmışdır.

Məlumdur ki, Sərsəng su anbarının uzun illərdən bəri Ermənistan silahlı qüvvələrinin işğalı altında qalması rayonda su qıtlığı yaradır. Bu səbəbdən dövlət Tərtər kəndlisinin su problemini həll etmək üçün zəruri tədbirlər görür, ərazidə subartezian quyularının qazılması üçün hər il büdcədən böyük həcmdə vəsait ayırır. Nəticədə keçən il rayonda 10,908 hektar sahədən 42,352 ton taxıl biçilmiş, hər hektarın məhsuldarlığı 38,8 sentnerə çatmışdır. Strateji məhsul olan pambıqçılığın inkişafına da böyük önəm verilir. Son illər bu sahədə məqsədyönlü şəkildə həyata keçirilən kompleks təşkilat-təsərrüfat tədbirləri Tərtəri ölkənin pambıqçılıq rayonları arasında ön mövqeyə çıxarmış, burada təcrübə məktəbi yaranmasını təmin etmişdir.

Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək işlərlə bağlı keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev Tərtər pambıqçılarının əməyini yüksək qiymətləndirərək demişdir: "Mən bir daha demək istəyirəm ki, Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını, Vətənə bağlılıqlarını göstərmişlər... Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir”.

Yeri gəlmişkən, qeyd edək ki, rayon üzrə keçən il 3,427 hektarda pambıq əkilmiş, emal müəssisələrinə 11,936 ton məhsul təhvil verilmiş, orta məhsuldarlıq 34,8 sentnerə çatmışdır. Bu, ölkənin pambıq əkən rayonları arasında ən yüksək nəticə olmuşdur.

Aqrar sektorun digər sahələrində qazanılan göstəricilər də yüksəkdir. Tərtər istehsal etdiyi keyfiyyətli günəbaxan tumu ilə məşhurdur. Ölkədə ən çox günəbaxan əkən və istehsal edən rayon da Tərtərdir. Keçən il rayonun təsərrüfatlarında 2481,6 hektar sahədən 6,584 ton günəbaxan dəni toplanmışdır. Bundan əlavə, keçən il 18,693 ton şəkər çuğunduru, 4,515 ton kartof, 15,741 ton tərəvəz, 1,063 ton qarğıdalı, 10,530 ton meyvə, 3,111 ton ət, 22,441 ton süd, 106,5 ton yun və digər kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.

Keçən il həmçinin 18,3 ton yüksəkkeyfiyyətli barama tədarük edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 79,1 faiz çoxdur. Son dörd ildə rayonda barama istehsalı 19,1 dəfə artmışdır.

Halal zəhmətlə qazandığı nailiyyətləri artırmağa, qabaqcıl mövqeyini qoruyub saxlamağa çalışan Tərtər kəndlisini indi 2020-ci ilin qayğıları düşündürür. Məqsəd dövlətin davamlı qayğısına yeni və sanballı əmək töhfələri ilə cavab verməkdir.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video