Milli varlığımızın ifadəsi
Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Bu dillərin sırasında ana dilimiz olan Azərbaycan dili bizim üçün çox doğma və möhtəşəmdir. Dilçi ekspertlərin fikrincə, qürurverici məqam ondadır ki, Azərbaycan dili zənginliyinə görə digər dillərdən fərqlənir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini yüksək qiymətləndirərək demişdir: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir”. Bu o zaman idi ki, əcnəbi dillərə meyilli olan insanlar ana dilində danışmaq belə istəmirdilər. Hətta Azərbaycanın rəsmi dairələrində, dövlət idarələrində özgə dildə danışmağa üstünlük verilirdi. Quruluşun ikili münasibətləri nəticəsində bir sıra məmurlar arasında doğma dilimizə qarşı ögey münasibət yaranmışdı. Zamanından asılı olmayaraq bütün ziddiyyətli dövrlərdə Azərbaycan ziyalıları, ilk növbədə Ümummilli Lider Heydər Əliyev, eləcə də yazıçı və şairlərimiz ana dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirmişlər. Ulu Öndərin çıxışlarında, ictimaiyyət nümayəndələri ilə görüşlərində ana dilimizin gözəlliyindən, zənginliyindən məharətlə istifadə edərək səlis və rəvan danışması hamıya yaxşı məlumdur. Tərifində də, tənqidində də elə ifadələr, elə sözlər işlədərdi ki, bəzən ən təcrübəli dilşünas-alim də Heydər Əliyevin yaddaşına, sözdən istifadə məharətinə, Azərbaycan dilinə ədəbi yanaşma qabiliyyətinə heyrətlənməyə bilmirdi.
Zaman-zaman inkişaf edib zənginləşən Azərbaycan dilinin statusunun özünə qaytarılması Azərbaycan dilçiliyi tarixində birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev hələ Sovet İttifaqı dövründə, mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdi. Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində təsbit edilmiş dövlət dili statusu tam əməli xarakter daşıyır və ana dilimizin ən yüksək ictimai dəyərini təmin edir.
Konstitusiyanın qəbulundan keçən illər ərzində dil siyasətinin ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə qayıdılması, ana dilimizin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi, bu sahədə müxtəlif qanunların qəbulu, fərman və sərəncamların verilməsi dövlətimizin ana dilimizə nə qədər ciddi yanaşdığını sübut edir. Belə hüquqi sənədlərdən biri də Ulu Öndərin 2001-ci il 9 avqust tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanıdır. Bu tarixi sənəd beynəlxalq aləmdə Azərbaycan dilinin mövcudluğuna yeni nəfəs və yüksəliş verdi. Bundan sonra nəinki respublikamızda, hətta xarici ölkələrdə yaşayan, işləyən, habelə müxtəlif ali məktəblərdə təhsil alan gənclər tərəfindən hər il 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi böyük təntənə ilə qeyd edilir. Onu da vurğulamaq yerinə düşər ki, Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış və 2002-ci il sentyabrın 30-da qüvvəyə minmiş "Dövlət dili haqqında” qanun Azərbaycan dilinin düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində tədbir görülməsində ən əhəmiyyətli sənədlərdən biridir.
Ulu Öndərə məxsus bir fikir bu gün də bizim hər birimiz üçün istiqamətverici məna daşıyır: "...Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz”.
Ölkəmiz öz tarixi müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyası həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan dilinin dövlət dili kimi əbədiliyinə hüquqi zəmin yaradılmış, dilimizin fəaliyyət coğrafiyası daha da genişlənmiş, onun müxtəlif üslubları elmi araşdırmalarla dünya ictimaiyyətinə çatdırılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.
Dilşünas alimlərimiz bildirirlər ki, Ulu Öndər Heydər Əliyev ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşmış, onu sevməklə bərabər keşiyində də mərdliklə dayanmış, nüfuzunu qaldırmış, varlığı və tərəqqisi üçün illərlə mübarizə aparmış və haqqa söykənən istəyinə nail olmuşdur.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dilinin inkişafı missiyasını uğurla davam etdirən Prezident İlham Əliyev müasir dövrdə dilimizə və dilçiliyimizə böyük diqqətlə yanaşır. 2012-ci il 23 may tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı Azərbaycan dilinə olan böyük diqqətin bariz nümunəsidir. 2013-2020-ci illəri əhatə edən bu proqram çərçivəsində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Ölkə rəhbərinin 13 noyabr 2017-ci il tarixli sərəncamı isə dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir. Sənəddə deyilir: "Qədim tarixi keçmişin izlərini özündə yaşadan və milyonlarla azərbaycanlının ünsiyyət vasitəsi olan Azərbaycan dili xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Ən dərin fikirləri və ən incə çalarlarınadək ifadə qüdrətinə malik dilimiz öz kamilliyi və zənginliyinə görə dünya dilləri içərisində layiqli yeri bu gün də qoruyub saxlayır”.
Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və sağlığının qorunmasını nəzərdə tutan bu sənədlər ölkəmizdə dövlət dilinin tətbiqinin normativ-hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən etmişdir. Bütün bunlar Azərbaycan dilinə məhz dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və qayğısının təzahürüdür.
Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi, habelə maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilimizin potensial imkanlarından lazımınca istifadəsində müəyyən çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya - azərbaycançılıq məfkurəsi işığında milli varlığımızın ifadəsi olan Azərbaycan dilinin saflığının qorunması, istər danışıq, istərsə də ədəbi-bədii yazılarda dildən düzgün istifadə daim diqqət mərkəzində saxlanılmalıdır.
Rəhman SALMANLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!