Alternative content

14:44 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
ANA SƏHİFƏ / Təhsil
02:22 21.02.2020


Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən verilən məlumata görə, BANM-da "Wing” - Qadınlar Mühəndislikdə Hərəkatı və BANM-in birgə təşkilatçılığı ilə "İnteqrasiya Olunmuş Mentorluq” proqramının təqdimat mərasimi keçirilib. Mərasimdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və "Wing”-in rəhbəri Vüsalə Kazımova çıxış ediblər.

Tədbirdə həmçinin "Qadınlar və mühəndislik” mövzusunda mütəxəssislərlə panel müzakirələri aparılıb.

Tədbiri giriş sözü ilə açan Vüsalə Kazımova STEM və kompüter elmləri peşələri üzrə qızların az bir qisminin karyera qurmaq arzusunda olduqlarını bildirib. O, "Wing” - Qadınlar Mühəndislikdə Hərəkatının ilk layihələrindən olan "İnteqrasiya Olunmuş Mentorluq” proqramı çərçivəsində məktəbli və tələbə qızların mühəndislik sahələrində fəaliyyət göstərən nüfuzlu şirkətlərin mühəndisləri ilə zəncirvari "öyrən-öyrət” prinsipi əsasında yeni formatda əməkdaşlıq əlaqələrinin qurulacağını qeyd edib.

V.Kazımova qadın kadr potensialının hazırlanması işində ölkəmizdə həyata keçirilən mühüm səylərə öz töhfələrini verəcəklərini vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirin faydalı təcrübə mübadiləsi və qadınların mühəndislik peşələrinə həvəsləndirilməsi baxımından əhəmiyyətindən söz açıb. O, qızların bu sahəyə ildən-ilə marağının artdığını, BANM-də ən yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən tələbələr arasında qızların xüsusi çəkiyə malik olduğunu qeyd edib.

"STEM Education Azerbaijan”-nın təsisçisi Ceyhun Cabbarov, Təhsil İnstitutunun əməkdaşı, "STEAM Azərbaycan”-ın layihə rəhbəri İqrar Nəzərov, BP-nin Qrup rəhbəri Nigar Cəlilova, "Engineering For Kids Azerbaijan”-nın texniki direktoru Mario Caicedo, BMT-nin İnkişaf Proqramının araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, innovasiya texnologiyaları və prosesləri üzrə ekspert Şəbnəm Məmmədova panel sessiyalarında çıxış ediblər. Panel müzakirələrdə qızlar və oğlanların fərqli fənn sahələrinə marağının təşviq edilməsi və seçimlərin formalaşmasında sosial amillərin böyük rol oynadığı bildirilib. Təhsil siyasətinin qızların özünəinamını gücləndirməsi və mühəndis olmaq üçün zəruri bacarıqlarını inkişaf etdirməsinə yönəlməsinin vacibliyinə toxunulub.

Tədbirə qatılan məktəb direktorları, müəllimlər və müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr müzakirələrdə fəal iştirak ediblər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM