Alternative content

13:56 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
13:36 31.03.2020 Evdə qal, xilaskar ol
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
ANA SƏHİFƏ / SİYASƏT
02:21 21.02.2020


Naxçıvan Qarnizonu Qoşunlarında "Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlim erməniləri təşvişə salıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə işğalçı Ermənistanın razm.info saytı "Naxçıvan xüsusi təyinatlıları qışda yüksək dağ əməliyyatları keçirir” sərlövhəli məqalə yayımlayıb. Məqalədə keçirilən taktiki-xüsusi təlimlərin Ermənistan mətbuatında və ictimaiyyətində narahatlıq yaratdığı vurğulanır.

Yazıda vurğulanır ki, Naxçıvanda müxtəlif bölmələrin xüsusi təyinatlı birləşmələrinin birgə döyüş fəaliyyəti təcrübəsi mövcuddur. Bu isə erməni ordusu üçün əsl təhlükə mənbəyidir. Birgə təlimlər 2018-ci ilin oktyabr ayında da keçirilib.

Azərbaycan Ordusunun Naxçıvanda yerləşən hərbi birləşmələrinin döyüş hazırlığı ilə bağlı həyata keçirdiyi tədbirlər Ermənistan ordusunda da narahatlıq yaradıb. Erməni sosial şəbəkə istifadəçiləri isə bu təlimləri həsəd və qorxu ilə qarşıladıqlarını gizlətməyiblər.

Qeyd edək ki, "Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən "Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələri cəlb edilib. Muxtar respublikanın yüksək dağlıq ərazilərində keçirilən təlim şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM