Alternative content

00:29 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən “Unutsaq, unudularıq” adlı tədbir təşkil olunub
Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən “Unutsaq, unudularıq” adlı tədbir təşkil olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:22 20.02.2020

Fevralın 20-də Bakının Ramanı qəsəbəsindəki Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş "Unutsaq, unudularıq” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin direktoru Şəlalə Nadirova, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, idmançılar, veteranlar, Xocalı sakinləri və digərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Ş.Nadirova Xocalı soyqırımı haqqında məlumat verib, faciənin insanlıq əleyhinə ən böyük cinayətlərdən olduğunu vurğulayıb.
Sonra tədbirin bədii hissəsi başlayıb. Şagirdlərin ifasında Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub. Sonra yeniyetmə kikboksçular nümunəvi çıxışlar ediblər.

Daha sonra deputatlar, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti A.Əliyev, D.Cəbrayılova və digərləri çıxış edərək Xocalı soyqırımının erməni millətçilərinin əsrlərlə xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin növbəti qanlı səhifəsi olduğunu vurğulayıblar.

Xocalı soyqırımının şahidi Murad Məhərrəmov dövlətimiz tərəfindən uşaqlarımızın kiçik yaşlarından vətənpərvər ruhda böyüdülməsi üçün böyük işlər görüldüyünü bildirib.

Çıxış edənlər bu qanlı hadisənin XX əsrin ən böyük faciəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əvəzolunmaz işlər həyata keçirilir. Onun təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş "Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılır.

Qeyd edək ki, "Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına dəstək məqsədilə 198 nömrəli tam orta məktəbdə anım tədbiri hər il təşkil olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM