Alternative content

03:36 02 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vyanada ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin iclası keçirilib
Vyanada ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
19:38 20.02.2020

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) Daimi Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Hayk Koncoryan çıxışında ATƏT PA-nın prezidentinin bu ölkəyə səfərindən bəhs edib, eyni zamanda, ATƏT-in təsisatlarının və digər beynəlxalq qurumların qondarma Dağlıq Qarabağda keçiriləcək seçkiləri müşahidə etməsinin arzuedilən olduğunu vurğulayıb.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışında qeyd edib ki, ATƏT-in iştirakçısı olduğu ölkələrdə seçkilərin müşahidəsini təşkilatın müvafiq qurumları həyata keçirir və bu proses ölkələrin beynəlxalq hüquqla təsbit olunmuş ərazi suverenliyinə hörmət əsasında baş tutur.

Fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirildiyini qeyd edən T.Mirkişili deyib ki, Azərbaycan vətəndaşları bu seçkilərdə fəal iştirak edib və səsvermə hüququndan yararlanıb. Həmçinin bildirilib ki, Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin Ermənistanın təcavüzü nəticəsində ərazisi tamamilə, 3-nün isə qismən işğal edilmiş rayonlarda yerləşməsi səbəbindən həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından öz ata-baba yurdlarında deyil, ölkəboyu yaradılmış 523 seçki məntəqəsində yararlanıb. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının aralıq hesabatında da əks olunub.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunublar. Lakin Ermənistanın işğalçı siyasəti həmin ərazidə yaşayan Azərbaycan vətəndaşlarının öz seçki hüquqlarından istifadə etmələrinə imkan vermir.

T.Mirkişili çıxışının sonunda Ermənistan nümayəndə heyətinə çağırış edib: "İşğala son qoyun, işğalçı ordunuzu Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarın, sonra oradakı azərbaycanlı və erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına və onların seçib-seçilmək hüququndan necə istifadə etmələrinə bütün dünya şahidlik etsin”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM